• 19:06 – Sabunçu rayon Mastağa qəsəbəsi 209 saylı tam orta məktəbin direktoru Sabahət Ağayeva : “Üçrəngli Bayraq mənim deyil…” 
  • 10:30 – "Polis peşəsi ağır peşedir, çetin peşədir 
  • 00:45 – Hacı Həsən Rüstəmov - Məhərrəm Məclisi 
  • 00:23 – Sahib Hüseynov: "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” 

Rəşad Dağlının həbs müddəti ilə bağlı YENİ XƏBƏR - Prokurorluq məhkəməyə təqdimat verib

  • 03.03.2023, 17:23,
  • Hadisə
  • Baxılıb: 0

 

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilib.

Bu barədə "Report"a Rəşad Dağlının yaxınları bildirib.

Qeyd edilib ki, prokurorluq tərəfindən təqdimat Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER