• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Xankəndi əməliyyatına qarşı əngəllər dəf olunur: ABŞ-dan Bakıya strateji məzmunlu mesaj verildi

  • 06.03.2023, 18:32,
  • Gündəm
  • Baxılıb: 1

 

Paşinyan hakimiyyətinin saxta “sülh gündəliyi” Ermənistanı yeni dağıdıcı savaşa məhkum buraxır, rəsmi İrəvanın hərbi təxribatları üçtərəfli anlaşmaların hüquqi qüvvəsini şübhə altına salır... Rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqələri yaradılması və Ermənistan ordusunun silahlı terror dəstələrinə çevrilmiş tör-töküntülərini Azərbaycanın Qarabağ regionundan çıxarılması prosesinə start verir...

Cənubi Qafqazda hərbi-siyasi gərginlik ən yüksək həddə çatıb. Belə vəziyyətdə hərbi əməliyyatlar hər an bərpa oluna bilər. Mövcud vəziyyətin yaranmasının əsas günahkarları isə birmənalı şəkildə rəsmi İrəvan və Ermənistanın beynəlxalq himayədarlarıdır. Çünki rəsmi İrəvan sülh prosesindən müxtəlif bəhanələrlə yayınır və Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Cənubi Qafqazda xüsusi maraqları olan Avropa Birliyi (Fransa və Almaniya) və Rusiya mövcud vəziyyətdən öz maraqları çərçivəsində yararlanmağa çalışır.

Təbii ki, Cənubi Qafqaz uğrunda mübarizədə ABŞ-da iştirak edir. Ancaq Ağ Ev hələlik daha mötədil və konstruktiv görünməyə üstünlük verir. Ona görə də, ABŞ-ın hədəfləri daha çox Avropa Birliyinin maraqları arxasında gizlədilmiş kimi görünür. Və indiki situasiyadan Ağ Ev münaiqşə tərəflərinin – Azərbaycan və Ermənistanın ABŞ-a yönəlik tam etimadını təmin etmək üçün yararlanır.

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri Lui Bononun Azərbaycana səfəri zamanı verdiyi açıqlamalarda da Ağ Evin mövcud situasiyaya münasibətdə konsturktiv vasitəçi kimi görünmək cəhdləri sezilir. Belə ki, L.Bono vurğulayıb ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin Minsk Qrupu ilə bağlı mövqeyindən məlumatlıdır. Yəni, amerikalı diplomat demək istəyir ki, ABŞ Azərbaycan liderinin “Minsk Qrupu fəaliyyətini dayandırıb” tezisinə həssas yanaşır və buna qarşı çıxmır.

323243546645b9a0ad652aba73e092f9.jpeg (111 KB)

Əslində, Rusiya ilə qarşılıqlı münasibətlərin savaş mərhələsində olduğu bir situasiyada ABŞ da Minsk Qrupunun fəaliyyətində maraqlı deyil. Ağ Evin Fransa ilə strateji hədəflərində isə kifayət qədər ciddi ziddiyyətlərin olduğu qətiyyən şübhə doğurmur. Ona görə də, Ağ Ev daha çox Avropa Birliyinin arxasından Cənubi Qafqazda yerləşmək üçün fərqli metodları sınaqdan çıxartmağa çalışır.

Digər tərəfdən, rəsmi Bakı ABŞ-ın dövlət katibi Entoni Blinkenin birbaşa vasitəçiliyi ilə baş tutmuş Münhen görüşünün nəticələrindən məmnun olduğunu qətiyyən gizlətmir. Hər halda, Azərbaycan liderinin həmin görüşü məhsuldar hesab edərək, ABŞ dövlət katibinə təşəkkür vetməsi Ağ Evdə məmnunluq yaratmaya bilməz. Və bu, Azərbaycan-ABŞ tərəfdaşlığı üçün də yeni perspektivlər açır.

Maraqlıdır ki, Prezident İlham Əliyevlə görüşdə ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə baş müşaviri L.Bono daha bir önəmli məqama toxunub. Amerikalı diplomat bildirib ki, ABŞ Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı Azərbaycanın təhlükəsizlik maraqlarını anlayır. Və amerikalı diplomatın bu açıqlaması böyük ehtimalla ABŞ-ın Cənubi Qafqazda siyasətinin, eləcə də regionda baş verənlərə mümkün reaksiyasının əsas şifrəsi hesab oluna bilər.

Ağ Evdə tam dəqiqliyi ilə anlayırlar ki, Azərbaycanın təhlükəsizlik maraqları Laçın yolunda nəzarət-buraxılış məntəqlərinin qurulmasını tələb edir. Ağ Evdən verilən mesajlar ABŞ-ın rəsmi Bakının bu niyyətinə qarşı olmadığını sezdirir. Ümumiyyətlə, ABŞ rəsmiləri əvvəllər də Laçın yolundan “kommersiya və mülki yüklər”in daşınması üçün şərait yaradılmasının vacibliyini vurğulayırdılar. Və indi Ermənistanın Laçın yolundan hərbi məqsədlərlə istifadə etdiyi faktlarla sübuta yetirildiyindən nəzarət-buraxılış məntəqələrinin quraşdırılması daha da aktuallaşıb.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB)

Məsələ ondadır ki, Ermənistanın torpaq yolla Azərbaycanın Xankəndi və ətraf bölgəsinə silah-sursat və hərbi qüvvə daşıması son insident nəticəsində sübuta yetirilmiş oldu. Deməli, bundan sonra Laçın yolunun Ermənistanla sərhəd bölgəsində Azərbaycanın hərbi və gömrük nəzarəti qaçılmazdır. Çünki məhz bu halda, Ermənistanın Laçın yolundan hərbi məqsədlərlə istifadəsinin qarşısını almaq mümkündür.

Eyni zamanda, elə kommersiya və mülki yüklərin daşınmasına da gömrük nəzarətinin tətbiq olunması həm beynəlxalq hüquq normalarının, həm də Azərbaycan Konstitusiyasının tələbidir. Hər halda, bütün Azərbaycan vətəndaşlarına xarici ölkələrə gedib-gələrkən gömrük nəzarəti tətbiq olunursa, Qarabağ regionunda yaşayan erməni azlığının bundan kənarda tutulması yolverilməzdir. Və bu, Azərbaycan Konstitusiyasının, eləcə də, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvanın sülh prosesində konstruktiv mövqe tutmaq kimi bir niyyəti yoxdur. Əksinə, Ermənistanın siyasi rəhbərliyi hazırda sülhdən danışıb, bu prosesi pozmağa yönəlik hərbi təxribatlar törətməklə məşğuldur. Ona görə də, rəsmi Bakının Ermənistanın bu təxribatlarının qarşısını almaq üçün Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırmaq qərarına gəlməsi tamamilə başadüşüləndir.

Digər tərəfdən, Laçın yolunun nəzarətə götürülməsinə paralel olaraq, Ermənistan ordusunun tör-töküntülərinin Azərbaycanın Qarabağ regionundan çıxarılması da qaçılmazdır. Çünki bu bölgədə silahlı terror dəstələri kimi fəaliyyət göstərən bu erməni tör-töküntüləri artıq Azərbaycanın təhlükəsizliyinə ciddi problemlər yaratmağa başlayıb. Ermənistan isə üçtərəfli anlaşmaları kobud şəkildə pozaraq, bu silahlı erməni terror dəstələrinə hələ də silah-sursat və hərbi ləvazimat daşıyır.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Əslində, rəsmi İrəvanın bu davranışları üçtərəfli anlaşmaları qüvvədən salmaqla yanaşı, həm də növbəti savaş ehtimalını artırır. Yəni, Paşinyan hakimiyyəti yalnız sülh prosesindən danışır, ancaq buna paralel olaraq, həm də Avropa Birliyinə (Fransa və Almaniya) güvənərək, yeni müharibəyə stimul verəcək hərbi təxribatlar törədir.

Nə qədər qəribə də olsa, Ermənistan cəmiyyətində rəsmi İrəvanın bu davranışlarının mümkün nəticələrini təxmin etməyi bacaran siyasətçilər də olmamış deyil. Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş baş katibi, hazırda səfir kimi fəaliyyət göstərən Vaaqn Melikyan bildirib ki, rəsmi İrəvanın “sülh gündəliyi” müharibəni yaxınlaşdırır. Onun fikrincə, Paşinyan hakimiyyəti saxta sülh gündəliyi ilə Ermənistanı yeni dağıdıcı savaşa məhkum buraxır: “Qarabağda baş verənlər Paşinyan hakimiyyətinin “sülh gündəliyi”nin məntiqi nəticəsidir. Belə davranışlarla sülhə nail olmaq mümkün deyil”.

Göründüyü kimi, rəsmi İrəvanın sülh prosesini inkişaf etdirmək niyyəti yoxdur. Əksinə, ardıcıl təxribatlar törədən Paşinyan hakimiyyəti Ermənistanın himayədarları ilə ortaq şəkildə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Belə vəziyyətdə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində öz hədəflərinə doğru irəliləməsi, dövlət maraqlarını təmin etməsi olduqca vacibdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER