• 14:15 – Faiq Seyidov: Liderlik, İnnovasiya və Sosial Məsuliyyətlə Azərbaycanın Aparıcı İş Adamı 
  • 10:34 – Məhərrəm Şəfiyev: Xalqımızın birliyi və həmrəyliyi sarsılmazdır 
  • 10:33 – Azad Dibirov: Güclü birlik, parlaq gələcək 
  • 10:32 – Rafiq Zülfüqarov: Dövlət başçısının uğurlu siyasəti ölkəmizin qüdrətinin daha da artmasına möhkəm zəmin yaradacaq 

İranda zəhərlənən şagirdlərin sayı durmadan artır

  • 06.03.2023, 18:48,
  • Dünya
  • Baxılıb: 1

  

İranın müxtəlif əyalətlərində zəhərlənən məktəblilərin sayı artıb.

“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, yeni zəhərlənmə halları ölkənin Şimali Xorasan, Fars, Rəzəvi Xorasan, İsfahan, İlam və Xuzistan əyalətlərində qeydə alınıb.

Məlumata görə, Şimali Xorasanda 46, Fars əyalətində 24, digər əyalətlərdə isə onlarla şagird zəhərlənmə simptomları ilə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, 2022-ci ilin noyabrından İranın müxtəlif əyalətlərində şagirdlər arasında zəhərlənmə halları qeydə alınıb. Belə ki, təqribən 100 gün ərzində 2000-dən çox şagird zəhərlənib. Şagirdlərdə ürəkbulanma, halsızlıq, nəfəs darlığı, baş ağrısı və baş gicəllənməsi kimi əlamətlər olub.

Zəhərlənən şagirdlərin əksəriyyətinin əsas olaraq qız olması diqqət çəkib. Onların məhz nədən zəhərlənməsi barədə hələ ki dəqiq məlumat olmasa da, hadisə ilə bağlı araşdırma aparılır.

Ölkənin təhsil nazirinin müavini Yunus Penahi açıqlamasında şagirdlərin qəsdən zəhərləndirildiyini bildirib.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER