• 19:06 – Sabunçu rayon Mastağa qəsəbəsi 209 saylı tam orta məktəbin direktoru Sabahət Ağayeva : “Üçrəngli Bayraq mənim deyil…” 
  • 10:30 – "Polis peşəsi ağır peşedir, çetin peşədir 
  • 00:45 – Hacı Həsən Rüstəmov - Məhərrəm Məclisi 
  • 00:23 – Sahib Hüseynov: "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” 

Millət vəkili məhkəmə sistemini darmadağın etdi

 

Ombudsmanın illik məruzəsi ilə yaxından tanış olmuşam. Bu tanışlıq əminliklə deməyə əsas verir ki, ölkəmizdə hüquq və azadlıqların qorunması, vəzifəli şəxslər tərəfindən qanunlara ciddi əməl olunması ilə bağlı böyük və hər birimizi narahat edən çatışmazlıqlar var.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

Millət vəkli əlavə edib ki, bunun üçün ölkədə ciddi məhkəmə hüquq islahatlarının aparılmasına ehtiyac duyulur:

“Yəni Ombudsmanın fəaliyyəti ilə bu nöqsanları aradan qaldırmaq mümkünsüzdür. Ombudsman Səbinə Əliyeva qeyd elədi ki, müəyyən qanunvericilik aktlarına dəyişikliklər etmık lazımdır. Milli Məclis açıq danışmaq lazımdır ki, problemlərin həll olunduğu yer deyil. Burada əsasən problemlər səsləndirilir. Ona görə də Ombudsman daha yaxşı olardı ki, mərkəzi icra hakimiyyəti orqanları ilə işləsin və onlardan gələn qanunları, Ombudsmanı əmin edirəm ki, biz burada təsdiq edib geri qaytaracağıq. Məni narahat edən məsələ məhkəmə-hüquq islahatlarının dərinləşdirilməməsi ilə bağlıdır. Baxmayaraq ki, cənab Prezident bununla bağlı xüsusi fərman imzaladı. Amma o islahataların mahiyyəti onunla yekunlaşdı ki, iqtisadi məhkəmənin adı dəyişdirildi, kommersiya məhkəməsi adlandı. Bununla da sanki məhkəmə-hüquq islahatları başa çatdı. Məhkəmə-hüquq islahatları kadr islahatları ilə başlanmalı idi”.

Millət vəkili əlavə edib ki, ədliyyə sisteminə yeni nəfəs verilməlidir:

Millət vəkili həmçinin bildirib ki, məhkəmə süründürməçiliyi ilə bağlı məsələlərə nəhayət ki, son qoyulmalıdır:

“Xatırlayırsınızsa, mən Ombudsmanın ötən hesabatı zamanı Gəncədə inzibati məhkəmə ilə bağlı bir məsələ qaldırmışdım ki, Rusiyada fəaliyyət göstərən bir sahibkar Gəncədə özünə bir restoran tikib, amma onun çıxarışını ala bilmir. Çıxarış məsələsi nədir ki, məhkəmədə o, bir il iki ay süründürülür. Məhkəmə hər iki aydan bir iş heç bir əsas göstərilmədən təxirə salınır. Bu günlərdə mən Azərtac-ın müxbiri Aygün Əliyeva ilı bağlı da bir məsələ qaldırmışdım. 2020-ci ilin oktyabrından bu şəxs işə bərpa ilə bağlı məhkəməyə müraciət edib. 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, məsələ bu günə qədər öz həllini tapmayıb. Sadə bir məsələdir, yəni çoxepizodlu bir məsələ deyil. Ona görə də məhkəmə süründürməçiliyinin qarşısı alınmalıdır. Bu istiqamətdə qanunvericiliyə ciddi dəyişikliklər edilməlidir. İclaslar institutu Azərbaycanda bərpa olunmalıdır. Vaxtilə bu bizim qanunvericiliyə daxil edilmişdi. Məhkəmələr çalışırlar ki, daha çox qanuna əsaslanan qərarlar qəbul etsinlər. Baxmayaraq ki, konstitusiyada yazılıb ki, ilk növbədə, qərarlar, hökmlər, qətnamələr ədalətli olmalıdır. Ədalətli və qanuna əsaslanan qərarlar. Bunu yalnız iclaslar institutu həyata keçirə bilər. Mən hesab edirəm ki, insan hüquq və azadlıqları ilə bağlı Ombusmanın görə biləcəyi iş azdır. Onun üçün güclü məhkəmə hakimiyyəti yaradılmalıdır. Biz də əsas diqqətimizi bu sahəyə yönəltməliyik”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER