• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

İki türk oğlunun yarışı, yadellilərin planı – Türkiyənin 2-ci istiqlal savaşı

  • 07.03.2023, 14:55,
  • Siyasət
  • Baxılıb: 0

 

Bu, bəlkə də son 100 ildə Türkiyənin tarixindəki ən gərgin, siyasi ehtirasların ən pikdə olduğu, “ölüm-qalım” məsələsinə çevrilmiş seçkidir.

Bu seçkiyə Türkiyə ilə qonşu olan dövlətlərin, eləcə də supergüclərin marağı, açıq-gizli müdaxilələri o həddədir ki, sanki ölkədə seçki yox, həlledici bir savaş olacaq.

Gerçəkdən də Türkiyə öz tarixinin ikinci istiqlal savaşından keçəcəkmiş kimi görünür.

Bildiyiniz kimi, qardaş ölkənin birinci istiqlal savaşı 101-103 il əvvəl, 1919-cu ilin martından 1922-ci ilin oktyabrına qədər davam edib.

O zaman Türkiyənin suverenlyini məhv etmək istəyən qüvvələrin səfinə baxaq: Yunanıstan, Fransa, erməni legionu, Fransız Qərbi Afrikası, Britaniya imperiyası (o cümlədən Avstaliya və İrlandiya), Britaniya Hindistanı, Ermənistan SSR, İstanbul hökuməti, ABŞ, İtaliya, kürd üsyançılar, yunan üsyançılar, çərkəz Ethemin üsyançıları, milli mübarizə əleyhdarları və s.

5554.JPG (38 KB)

Anadolu və Frakiya türklərinin üstünə qoşunla gələn komandanlar aşağıdakılar olub: Anastasios Papulas, Yorqo Hacıanestis, Nikolaos Trikupis (yunanlar), Jozef Quro, Lui Fransua d´Esperye (fransızlar), Corc Miln, Somerset Qof-Kaltorp, Çarlz Harinqton (ingilislər), Mark Bristol (amerikalı), Drastamat Kanayan, Movses Silikyan (ermənilər), bir də Osmanlı imperiyasının hərbi rəhbərləri - Kürəkən Fərid paşa, Süleyman Şəfik paşa, Əhməd Anzavur.

Bəli, “fürsət bu fürsətdir” deyə 466 ildən sonra İstanbulu, İzmiri, Trabzonu yenidən əldə edəcəyini düşünən yunanlara, Osmanlı imperiyasını darmadağın edəcəyinə əmin olan fransızlara, ingilislərə, bulanıq suda balıq tutmaq, yoxdan dövlət qurmaq istəyən ermənilərə və başqalarına eyş-işrət içində, kef-damaqda keçən yaşam tərzini davam etdirmək istəyən monarxist türklər də qoşilubmuş. Təsəvvür edin, sultan ailəsi, xanədanlıq Osmanlı imperiyasını dağıdanlara dəstək verirmiş... Hələ yunan, kürd, çərkəz üsyançıları... Müxtəlif niyyətli, fərqli məqsədli siyasi-hərbi qüvvələrin konsolidasiyasına baxın. Hamısının əsas məqsədi bir olub: Türkiyə parça-parça olsun, yerində cümhuriyyət qurulmasın. O boyda Osmanlı imperiyasından yerdə nə qalacaqsa, o da Birləşmiş Krallığın ptotektoratı (Hindistan kimi) olacaqmış.

888.jpg (78 KB)

Bax, məhz belə bir dönəmdə Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi vətənpərvər paşalar, albaylar, yarbaylar, əsgərlər əliyalın xalqın misilsiz dirənişi ilə meydana çıxıblar və müasir Türkiyənin sərhədlərini cızıblar. Yoxsa İstanbul, İzmir, Maraş, Antep, Urfa, Hatay, sahilyanı vilayətlər çoxdan ingilislərin, fransızların, yunanların, ermənilərin işğalı altında olub. Onlar oralarda “müstəqil dövlətlər” qurubmuşlar.

“Türkün türkdən başqa dostu yoxdur” şüari məhz belə bir tarixi şəraitdə ortaya çıxıb. Əlacı hər yerdən kəsilmiş, xilas yolu arayan xalqa müraciət edən vətənpərvər paşalar üzlərini insanlara tutub deyiblər ki, biz artıq heç bir dövlətdən, xalqdan yardım gözləyə bilmərik, bizim bizdən başqa dostumuz qalmayıb, öz başımızın çarəsinə baxmalıyıq, ayağa qalxıb yadelliləri qovmalıyıq. Bu çağırış bir növ “Suda boğulanın xilası öz əllərindədir” kəlamına identik olub.

Ancaq 1919-22-ci illərdə aktual və effektiv olan bu şüarı sonradan Türkiyəni nasizmdə suçlamaq üçün istifadə etdilər və bu tendensiya hələ də davam edir, Türkiyəyə qarşı səslənən arqumentlər tükənən kimi bundan yapışırlar. Bu şüar isə, yuxarıda dediyimiz kimi, 101-103 il əvvəlin, tarxi şəraitin ortaya çıxardığı şüardır.

İndiki seçkilərə baxırsan, görürsən ki, Türkiyənin daxili bir əsr əvvəlki kimi gərgin və təlatümlüdür.

333.JPG (75 KB)

Əslində niyə belə olmalıdır ki? Hər kəs bilir ki, bu, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı sonuncu seçkidir. Gələn dəfə o, namizəd olmayacaq. Ona görə də “bu iş məhz bu il nəyin bahasına həll olunmalıdır” isterikası bir az qəribə gəlir.

Ərdoğanı hakimiyyətdən göndərmək istəyən qüvvələrin yeni koalisiyası da heyrət doğurur. Çox böyükdür. Buraya təkcə Türkiyənin ana müxalifət qüvvələrinin birləşmiş koalsiyası (6 böyük siyasi partiya) daxil deyil, Ərdoğanın siyasət səhnəsindən çəkilməsini şiddətlə istəyənlər arasında yenə amerikalılar, ingilislər, fransızlar, ermənilər, kürd separatçıları, yunanlar, hollandlar, isveçlər, finlər, bir sözlə, bütün Avropa var. Hətta 105 il əvvəl Türkiyənin müttəfiqi olan almanlar da bu dəfə Ərdoğana qarşıdır. Bircə Avstraliya kənarda qalıb, o da müvafiq bəyanat versə, 101 il əvvəlki koalisiya tam olardı.

Bu qədər çoxsaylı qüvvəni birləşdirən əsas məqsəd Ərdoğanın Türkiyə prezidenti olmamasıdır. Onlar bu dəfə Anadoluya hərbi qüvvə çıxarmayıblar, əvəzində “devrim”çilərə maliyyə, kəşfiyyat, mətbuat dəstəyi verirlər, Türkiyəni beynəlxalq arenada diskreditasiya etmək üçün əllərindən gələni edirlər.

Bəs onların bundan sonrakı niyyətlər nədir? Bax, ən maraqlısı budur. Türkiyə müxalifəti uzun illərdən sonra hakimiyyətə gəlmək, dövləti idarə etmək istəyir. Bu, heç, bu, hər bir mülki müxalifətin haqqıdır. İndi yadellililərin niyyətinə baxaq.

6555.jpg (36 KB)

ABŞ-ın niyyəti odur ki, Türkiyə əvvəlki illərdəki kimi sözəbaxan olsun, özünü onun regiondakı “şilləvuran”ı və bastionu kimi aparsın, heç bir planına qarşı çıxmasın.

İngiltərənin istəyi həmişə olduğu kimi ABŞ-ın istəyi ilə yüzdəyüz üst-üstə düşür.

Fransa Türkiyənin yumşalmasını, onun tarixi müttəfiqinə, yunanlara, ermənilərə loyal olmasını, Azərbaycana dəstək verməməsini, dişsiz siyasət yetirməsini istəyir.

Yunanıstan Türkiyənin zəif olmasını, Aralıq dənizindəki iddialarından tam əl çəkməsini, Türkiyə sahilinin 10-15 kilometr məsafəsindəki adaların yaxınlığından keçərkən, bir geoloji kəşfiyyat apararkən 1500 kilometr uzaqlıdakı Afinadan icazə almasını, Kiprin şimalındakı türk dövlətinə dəstək verməməsini, adadan çəkilməsini istəyir.

Ermənilərin istəyi köhnədir – sərhədlərin açılması, “genosid”in tanınması, Ağrı dağı ətrafındakı vilayətlərin Ermənistana bağışlanması, Ankaranın Azərbaycandan üz döndərməsi və s.

Kürd separatçılar xəyal edirlər ki, Ərdoğan hakimiyyətdən getsə və yerinə Qərbyönümlü qüvvələr gəlsə, ABŞ onları yenidən qapazaltı uşağa çevirə bilər və yeni “kürd açılımı” elan edilər və onlar paytaxtı Diyarbəkir olan Kürdüstan dövləti qurarlar.

4444.jpg (45 KB)

Göründüyü kimi, kartın altında yenə də Türkiyənin istiqlaliyyəti və suvereniteti durur. Bu, heç də, qələmə verildiyi kimi, nə demokratiya-avtoratiraizm mübarizəsidir, nə də Ərdoğan-Kılıçdaroğlu seçkisi deyil. Türkiyədən kənardan bu seçkiyə iki türk oğlunun yarışması kimi baxmırlar. Onlar seçimin nə seçimi olmasını əla bilirlər.

O başqa məsələdir ki, Kılıçdaroğlu prezident seçilsə, sonradan onların nə qədəri umsuq, məyus olacaq, neçəsinin planı suya düşəcək, neçəsi yanıldığını hiss edəcək. Adətən, belə şeylər də olur. Türkiyədə hakimiyyətə iddia edənlər də hər halda “damad Fərid paşa” deyillər.

İndidən onu dəqiq bilmək olar ki, Ərdoğan prezident seçilsə, koalisiyaya daxil olanların hamısı pərt və pəjmürdə olacaq.

 


Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER