Bu gün suyun 1000 kubunun qiyməti dövlətə 70-80 manata başa gəlir.
Globalinfo.az xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov “Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, lakin sudan istifadə birliklərinə 1000 kubu 50 qəpiyə satılır:
“Onlar da xərclərinə uyğun olaraq müəyyən qədər vəsaiti üzərinə gəlməklə istifadəçilərə təqdim edirlər”.
“Azərsu ASC”-nin sədr müavini Etibar Məmmədov isə deyib ki, əhaliyə içməli su maya dəyərindən aşağı satılır:
“Tariflər normal olsa, “Azərsu” ASC daha rentabelli fəaliyyət göstərə bilər. Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik”.
Xatırladaq ki, Globalinfo.az ötən gün bildirnişdi ki, yaxın vaxtlarda Azərbaycanda içməli suyun qiymətində bahalaşma olacaq. Bunun səbəbi kimi ölkədə su qıtlığının yarandığı göstərilmişdi. Sözügedən yazının linkini təqdim edirik: https://globalinfo.az/kurun-qurumasi-suyu-bahalasdira-biler-ekspert-istisna-etmir/