Xəbər verdiyimiz kimi, Nəsimi rayonu, Səməd Vurğun küçəsində silahlı insident baş verib. Hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.
Musavat.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, silahlı insident nəticəsində iki nəfər xəsarət alıb. Yaralılardan biri Tibb Universitetin tələbəsidir. Hadisə şahidlərinin sözlərinə görə, o, ayağından güllə yarası alıb. Bundan başqa, iki avtomobilə ziyan dəyib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Musavat.com