• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Rusiya “taxıl sazişi”dən imtina etdi - şərti var

  • 12.03.2023, 19:05,
  • Gündəm
  • Baxılıb: 0

 

Rusiya XİN “Reuters”in taxıl razılaşmasının uzadılması ilə bağlı tərəflər arasında danışıqlar başladığını təkzib etdi;  BMT: “Bu, dünyada sabitliyin pozulmasına və aclığına gətirib çıxaracaq”

Rusiya martın 18-də başa çatacaq “taxıl müqaviləsi”nin uzadılması ilə bağlı danışıqlarda iştirak etməyib. Musavat.com xəbər verir ki, bununla bağlı “İzvestiya” nəşri Rusiya XİN-ə istinadən məlumat yayıb.  Belə ki, “Reuters”in xəbəri yayıb ki, taxıl razılaşmasının uzadılması ilə bağlı tərəflər arasında danışıqlar başlayıb. Rusiya Xarici İşlər Nazirliyi isə bu xəbəri təkzib edib.  “Müxtəlif tərəflərin, o cümlədən Kiyev rejiminin ikinci müddəti (120 gün) martın 18-də başa çatacaq  taxıl sazişinin uzadılması ilə bağlı bəyanatlarından xəbərimiz var. Amma bu mövzuda, xüsusən də Rusiya nümayəndələrinin iştirakı ilə danışıqlar aparılmayıb” deyə, Rusiya XİN-dən bildiriblər.  

Nazirlik vurğulayıb ki, Moskvanın bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: 2022-ci il iyulun 22-də İstanbulda bağlanmış müqavilələr qarşlılıqlı olaraq həyata keçirilməlidir. Rusiya Xarici İşlər Nazirliyi taxıl sazişinin Qərb ölkələri tərəfindən sabotaj edildiyini açıqlayıb. Nazirliyin  bəyanatına görə, müqavilənin bağlanmasından səkkiz ay keçməsinə baxmayaraq, razılaşmanın Rusiyaya aid hissəsi icra edilmir, bu ölkəyə öz məhsullarını xaricə çıxarmağa imkan verilmir,  Ukrayna isə  məhsullarının ixrac edir. 

Qeyd edək ki, ötən həftə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da taxıl müqaviləsində iştirak edən bütün tərəflərin öz öhdəliklərinin  hamı üçün bərabər olduğunu xatırladıb.  “Bunlar təkcə bir tərəfin öhdəliyi, digər tərəfin isə fırıldaq və maxinasiyası olmamalıdır. Əgər bu razılaşma bərabərdirsə, deməli, biz həmişə üzərimizə düşəni yerinə yetirmişik və bütün razılaşmaları yerinə yetirmək niyyətindəyik”, - XİN nümayəndəsi bildirib.

Martın 8-də Kiyevə gələn BMT-nin baş katibi Antonio Quterreş Ukrayna prezidenti Vladimir Zelenski ilə razılaşmanın uzadılmasını müzakirə edib. Ukrayna da sazişlərin genişləndirilməsinin tərəfdarıdır (söhbət Nikolayevin taxıl ixracı üçün limanların sayına daxil edilməsindən gedir). Gələn həftə BMT nümayəndələri Rusiya nümayəndə heyəti ilə  sazişin uzadılmasını müzakirə edəcək.

Rusiya hakimiyyəti isə hesab edir ki, sövdələşmənin digər tərəfləri müqavilə üzrə öhdəliklərini yerinə yetirmirlər. Xarici işlər naziri Sergey Lavrov təkid edir ki, “Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına mane var”, üstəlik,  Ukrayna taxılı ehtiyacı olan ölkələrə deyil, Avropa İttifaqı məkanında bölüşdürülür. BMT əvvəllər qeyd etmişdi ki, təşkilat Rusiya taxıl və gübrələrinin dünya bazarına maneəsiz çıxış üçün mümkün olan hər şeyi edir .Efiopiya, Yəmən, Cibuti, Somali və Əfqanıstan da daxil olmaqla inkişaf etməkdə olan ölkələr tədarükün 65%-ni təşkil edib. 

BMT-nin Ümumdünya Ərzaq Proqramının  icraçı direktoru Devid Bisli taxıl müqaviləsinin müddətinin uzadılmasına çağırıb. Onun sözlərinə görə, taxıl müqaviləsinin uzadılması zərurəti dünyada davam edən münaqişələr, koronavirus pandemiyası, iqlim dəyişikliyi və Türkiyə və Suriyadakı zəlzələ  diktə edir. O, həmçinin xəbərdarlıq edib ki, taxıl müqaviləsinin müddətinin uzadılmasa, bu, dünyada sabitliyin pozulmasına, miqrasiya axınına və dünya aclığına gətirib çıxaracaq.

 Ötən həftə  taxıl müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqların dalana dirəndiyi bəlli olub.  ABŞ Dövlət Departamenti Moskvanı martın 18-də başa çatacaq taxıl müqaviləsini uzatmağa çağırır.  Qida müqaviləsi 22 iyul 2022-ci ildə İstanbulda bağlanıb. Daha sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu və BMT-nin baş katibi Antonio Quterreş Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çıxarılmasının asanlaşdırılmasına dair memorandum imzalayıblar. Eyni zamanda, Ukrayna nümayəndə heyəti Türkiyə və BMT ilə taxıl ixracına dair müqavilə imzalayıb.

 

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER