• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Dünya həyəcan təbili çalır: Bakı hansı addımları atmalıdır? – Ekspert açıqladı

 

Dünyada gözlənilən su qıtlığı ilə bağlı narahatedici çağırışlar getdikcə artır. Mütəxəssislər Azərbaycanda da vəziyyətin ürəkaçan olmadığını bildirirlər. Kür çayının Sabirabad və Salyan rayonlarından keçən hissəsinin demək olar ki, quruması, Sərsəng su anbarı və digər su hövzələrində vəziyyətin acınacaqlı hal alması problemin ciddiliyini göz önünə gətirir.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qlobal istiləşmənin su resurslarına təsir etdiyini bildirib və əhalini sudan səmərəli istifadə etməyə çağırıb.

Bəs Azərbaycanın su ehtiyatlarında hazırkı vəziyyət necədir?

Mövcud vəziyyəti Globalinfo.az-a dəyərləndirən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov bildirib ki, ölkəmizdə su ehtiyatlarının təbii təchizatı xeyli azalıb:

“Yəni çaylarda və kiçik axarlarda suyun səviyyəsi aşağıdır. Bu il ərazilərə yağıntı çox az düşdü, qar örtüyü zəif idi. Proqnozlar isə heç də ürəkaçan deyil. Həm Kür və Araz çaylarının ərazisindən keçdiyi qonşu ölkələrdə, həm də Azərbaycanda quraqlıq müşahidə olunur. Paralel olaraq isə suya tələbat artmaqdadır.

Mövcud vəziyyəti nəzərə alaraq içməli suya qənaətlə bağlı çağırışlar müsbət qiymətləndirilməlidir. Bu baxımdan təsərrüfatların suvarılması üçün yeni texnologiyalara keçid edilməsi arzuolunandır. Çaylardan və digər mənbələrdən su götürülməsi təcili azaldılmalıdır. Su ehtiyatlarımızdan istifadə olunan miqdarın 50%-ə qədəri bitkilərin suvarılmasına sərf edilir. Həmçinin iri torpaq sahibləri üçün fərqli su tarifləri müəyyən edilməlidir ki, onlar suya qənaət etməkdə maraqlı olsunlar.

Kiçik fermerlərə su ilə təminatda bir qədər üstünlük verilsə, yaxşı olar. Çünki onlar əhalinin nisbətən zəif təbəqəsidirlər və hazırkı şəraitdə gəlirlərini sürətlə itirirlər. Bu da gələcəkdə ərzaq çatışmazlığının yaşanması ilə nəticələnə bilər”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER