• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Türkiyənin məşhur siyasi lideri Məhərrəm İncə də Ərdoğanla yarışacaq

  • 13.03.2023, 01:12,
  • Dünya
  • Baxılıb: 0

 

Mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərinə daha bir namizədin adı açıqlanıb. 

Musavat.com xəbər verir ki, Məmləkət Partiyasından Məhərrəm İncə prezidentliyə namizəd olub.

Məmləkət Partiyası namizədini müəyyən etmək üçün ölkə üzrə bütün rayon və şəhər təşkilatlarında üzvlərin səsverməsi ilə seçki keçirib. 105 min 326 partiya üzvünün səs verdiyi partiyadaxili seçkidə Məhərrəm İncə yekdilliklə səs qazanıb.
 
DOSYE: Məhərrəm İncə 4 may 1964-cü ildə Yalova əyalətinin Elmalık rayonunda anadan olub. İxtisasca fizika-kimya müəllimidir. Məmləkət partiyasının qurucusu və sədridir. 

O, 2002-2015-ci illərdə keçirilən parlament seçkilərində CHP-nin Yalovadan deputatı seçilib. 

Məhərrəm İncənin 2018-ci il prezident seçkilərində Cumhuriyyət Xalq Partiyası (CHP) tərəfindən namizədliyi irəli sürülmüşdü. Prezident seçkilərində xalqdan 30.64 faiz səs toplamışdı. 

Məhərrəm İncə 8 dekabr 2020-ci il tarixində CHP-dən ayrılaraq Məmləkət Hərakatı Partiyasını yaradacağını açıqladı.


 8 fevral 2021-ci ildə mətbuat konfransı keçirərək CHP-dən ayrıldığını rəsmən elan etdi. 17 may 2021-ci ildə Məmləkət Hərəkatının adını dəyişərək Məmləkət Partiyası etdi. 18 sentyabr 2021-ci ildən etibarən bu partiyanın sədridir. 

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER