• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Qazaxın 7, Sədərək rayonunun 1 kəndi ilə bağlı SON DƏQİQƏ açıqlaması

  • 18.03.2023, 18:09,
  • Siyasət
  • Baxılıb: 0

 

"Ermənistan verdiyi vədə baxmayaraq, Qazaxın 7, Sədərək rayonunun 1 kəndini işğal altında saxlayır".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.

“Ermənistan XİN-in Üçtərəfli bəyanatın icrası ilə bağlı yalan və saxta dolu iddialarına gəldikdə xatırlatmaq istərdik ki, bəyanatın xüsusilə 4-cü, 6-cı və 9-cu bəndlərini yerinə yetirməkdən boyun qaçıran və ümumiyyətlə heç zaman beynəlxalq razılıqlara əməl etməyən Ermənistan tərəfi məhz Üçtərəfli bəyanatın imzalanmasından iki həftə sonra hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirib və Azərbaycana qarşı hərbi təxribat törədib. Bu saxlanılan şəxslərin Ermənistan tərəfindən hərbi əsir kimi təqdim etməyə çalışılmasına baxmayaraq, bu şəxslər hərbi əsir kimi tanınmamış və Beynəlxalq Ədalət Məhkəməsi, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi bu iddianı və onların azad olunması tələbini rədd etmişdi. Ermənistan tərəfi bununla yanaşı, Ermənistan qüvvələrinin Ağdam, Kəlbəcər və Laçından çıxarılmasına Azərbaycan tərəfindən xoş məram göstərilərək möhlət verilməsinə baxmayaraq, Üçtərəfli bəyanata zidd olaraq çıxdığı ərazilərdə bir çox evləri yandırmış, meşələri qırmış, bu ərazilərdə mina və mina tələlər yerləşdirmişdi. Ermənistan tərəfi hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb, Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq, Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda davam edir. Delimitasiya prosesinin sovet xəritələri əsasında təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir", - sözçü vurğulayıb.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER