Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov martın 17-də İrəvanda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
"Görüşdə Qriqoryan və Tasmaqambetov KTMT-nin məsuliyyət zonasındakı vəziyyəti müzakirə ediblər. KTMT-nin baş katibi Tacikistan və Qırğızıstan sərhədinin demarkasiyası ətrafında vəziyyət barədə məlumat verib. Bu, Praqa və Soçinin bəyanatlarına ziddir" - xəbərdə deyilir.
Qeyd edilib ki, KTMT-nin baş katibi cümə axşamı Ermənistana iki günlük işgüzar səfərə gəlib. O, artıq 2022-ci ilin sentyabrında Ermənistan və Azərbaycan hərbçiləri arasında döyüşlərin baş verdiyi rayona gedib, həmçinin müdafiə naziri Suren Papikyanla görüşüb.