• 14:15 – Faiq Seyidov: Liderlik, İnnovasiya və Sosial Məsuliyyətlə Azərbaycanın Aparıcı İş Adamı 
  • 10:34 – Məhərrəm Şəfiyev: Xalqımızın birliyi və həmrəyliyi sarsılmazdır 
  • 10:33 – Azad Dibirov: Güclü birlik, parlaq gələcək 
  • 10:32 – Rafiq Zülfüqarov: Dövlət başçısının uğurlu siyasəti ölkəmizin qüdrətinin daha da artmasına möhkəm zəmin yaradacaq 

"Mənim babamın, nənəmin qəbiri dağıdılıb, sümükləri çıxarılıb" - Deputatdan Avropa Parlamentinə ETİRAZ

  • 17.03.2023, 18:24,
  • Gündəm
  • Baxılıb: 0

 

"Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi ikili standartların, qərəzli yanaşmasının növbəti təzahürüdür. Bu addım bu gün özünü demokratiyanın beşiyi hesab edən Avropanın öz dəyərlərinə növbəti xəyanətidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.     

"Mən bu qətnaməni qəbul edənlərə belə bir sual ünvanlamaq istəyirəm. Bu gün mənim rayonum, kəndim, evim, yaxınlarımın qəbirləri barbarcasına dağıdılıb. Bu gün mən böyüyüb-başa çatdığım evimi tapa bilmirəm. Mənim babamın, nənəmin qəbiri dağıdılıb, sümükləri çıxarılıb. Bununla ermənilərin ürəyi soyumayıb, bu qəbirləri və sümükləri təhqir ediblər. Siz təsəvvür edirsinizmi bu nə deməkdir?

Eyni zamanda, bizim ibadət yerlərimiz, 67 məscidimiz barbarcasına dağıdılıb, içərisində donuz və inək saxlanılıb. Bütün bunlar məqsədli edilib" - deyə millət vəkili qeyd edib.

Ceyhun Məmmədov həmçinin qeyib ki, Vətən müharibəsində qələbədən sonra da ermənilər torpaqlarımızda mina basdırmağa, davamlı olaraq atəşkəsi pozmağa davam etdilər:

"Bəs 30 ilə yaxın müddətdə Avropa Parlamenti harada idi? Niyə bütün bunlara heç bir reaksiya verilmədi? Yoxsa bunları görmək və eşitmək istəmirlər?

Niyə o vaxt Ermənistan əleyhinə qətnamə qəbul etmədilər? Niyə Ermənistandan tələb etmədilər Azərbaycan torpaqlarını boşaltmağı? Bəlkə bütün bunlar müsəlman olduğumuza görədir? Bəlkə Avropa bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olan “səlib yürüşləri”ni davam etdirmək niyyətindədir? Bu nə siyasət və yanaşmadır? Suallar çoxdur".

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER