• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Azərbaycanı təhdid edən Rusiya ilə bağlı SENSASİON AÇIQLAMA: “Yalnız Laçın yolunda deyil...”

  • 27.03.2023, 11:51,
  • Siyasət
  • Baxılıb: 0

 

“Azərbaycan Silahlı Qüvvələri hər bir vəziyyətdə verilən tapşırığı icra etməyə hazır bir qoşundur. Hesab edirəm ki, dünən aparılan əməliyyat icraedilmə prosesinin tərkib hissələrindən biridir”.

Bu sözləri Musavat.com-a politoloq Samir Hümbətov deyib.

FotoJet (3) (5) (1) (1).jpg (30 KB)
Politoloqun sözlərinə görə, 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə əsasən, həm Rusiya, həm də Ermənistan öhdəliklərə əməl etməlidir, amma etmirlər:

“Belə olan halda Azərbaycan icra edilməyən şərtlərin icrasını həyata keçirir. Azərbaycan əməliyyatlar keçirməyə qadirdir və bu, istənilən an baş verə bilər. Əlbəttə, yalnız Laçın yolunda deyil, Azərbaycanın Qarabağ bölgəsində yerləşən rus hərbçilərinin müvəqqəti məsuliyyət zonasında baş verə biləcək istənilən təxribatın qarşısını almaq üçün ordumuz hər an hazırdır. Nəzərə almalıyıq ki, ötən 2,5 il ərzində Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində bir sıra xüsusi təyinatlı hərbçiləri – komando birlikləri formalaşdırılıb ki, onlar hər an, istənilən vəziyyətdə verilən tapşırığın icrasını həyata keçirə bilərlər”.

Politoloq hesab edir ki, əməliyyatlar davamlı olacaq:

“Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edib ki, istənilən təxribatın qarşısı alınacaq. Dünən verilən bəyanatların məntiqi nəticəsi oldu.
Rusiya Azərbaycana qarşı təhdid dolu bəyanatları çox yaya bilər. Rusiya nəzərə almalıdır ki, bura Azərbaycanın suveren ərazisidir. Beynəlxalq hüquq tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb. Rusiya orada müvəqqəti nəzarət həyata keçirir. Rusiya sülhməramlı funksiyasını icra etməlidir. Praktik olaraq başqa proses getsə də, qanuni tərəfdən Rusiya onu icra etməlidir. Rusiyanın təhdid dolu bəyanatlarının heç bir hüquqi, siyasi və hərbi əsası yoxdur. İstənilən qarşıdurma baş verəcəksə, burada təkcə Azərbaycan deyil, Azərbaycana dost və müttəfiq olan Türkiyə də bu məsələyə müdaxilə edəcək. Nəzərə almaq lazımdır ki, Türkiyə də bu məsələdə aktivdir. Azərbaycan prosesləri tam şəkildə nəzarətdə saxlayır. Azərbaycan ordusu geri çəkilmək niyyətində deyil. Rusiya Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymayıb, əksinə, erməni terrorçu dəstələrinin birbaşa silahlandırılmasını həyata keçirib. Gedişat onu göstərir ki, Azərbaycan istənilən anda digər ərazilərinin də tam şəkildə Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsini həyata keçirə bilər”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER