• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

TƏCİLİ! Putinin nüvə bəyanatı gərginlik yaratdı -NATO həyəcan vəziyyətində

  • 28.03.2023, 16:40,
  • Dünya
  • Baxılıb: 0

 

NATO-nun sözçüsü Oana Lunqesku Rusiya prezidenti Vladimir Putinin Belarusda nüvə silahı yerləşdirəcəkləri ilə bağlı bəyanatını “təhlükəli” və “məsuliyyətsiz” adlandırıb, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell isə yeni sanksiyalara işarə edib.

Musavat.com xəbər xəbər verir ki, NATO-nun sözçüsü Oana Lungesku verdiyi açıqlamada Rusiyanın nüvə ritorikasından sonra NATO-nun həyəcan vəziyyətində olduğunu bildirib.

"Vəziyyəti yaxından izləyirik. Rusiyanın nüvə mövqeyində bizim mövqeyimizi dəyişməyə sövq edəcək hər hansı dəyişiklik görmədik. Biz bütün NATO-nu qorumaq və müdafiə etmək əzmindəyik. NATO müttəfiqləri beynəlxalq öhdəliklərinə tam hörmətlə yanaşır. Rusiya ən son Yeni START müqaviləsində iştirakını dayandırmaqla silahlara nəzarət üzrə öhdəliklərini ardıcıl olaraq pozdu. Rusiya öz öhdəliklərinə qayıtmalı və vicdanla hərəkət etməlidir" - o deyib.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell isə bildirib ki, Belarusun Rusiyanın nüvə silahına ev sahibliyi etməsi gərginliyin məsuliyyətsiz şəkildə artması və Avropanın təhlükəsizliyinə təhdiddir.

"Belarus hələ də buna mane ola bilər, bu onların seçimidir. Aİ buna daha çox sanksiyalarla cavab verməyə hazırdır” - Borrell deyib.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER