Çin əsilli 48 yaşlı qadın yaşadığı evdə ölü tapılıb.
Medianews.az xəbər verir ki, hadisə İstanbulun Maslak qəsəbəsində baş verib.
Əldə edilən məlumata görə, Çin əsilli Oya Van Yan Qi həyat yoldaşı Can Van tərəfindən hamamda üçlü elektrik kablosundan asılmış vəziyyətdə tapılıb. Qadının hərəkətsiz olduğunu görən kişi həkim qruplarına xəbər verib. Məlumatdan sonra hadisə yerinə gələn sağlamlıq qrupları qadının üzərində apardıqları müayinələr nəticəsində onun öldüyünü müəyyən edib.
Ölümündən sonra ifadəsi şübhəli bilinən qadının həyat yoldaşı hadisə baş verən gün xaricdən gəldiyini və evə daxil olarkən həyat yoldaşını hamamda ölü gördüyünü bildirib.
Hadisə yeri araşdırma qruplarının işi və respublika prokurorunun araşdırmalarından sonra qadının cəsədi dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün Bahçelievler Yenibosna Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.