• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

SON DƏQİQƏ! Tovuzda idarə rəisi ŞANTAJ OLUNUR? - Oglu danışdı...

  • 13.04.2023, 23:40,
  • ---
  • Baxılıb: 2

 

Bü gün ölkə KİV-də "DİNİ QURUMLARLA İŞ üzrə DÖVLƏT KOMİTƏSİNİN TOVUZ ŞÖBƏSİNİN RƏHBƏRİ GÜNDÜZ DİNİ QURUMA, AXŞAM İSƏ GECƏ KLUBUNA RƏHBƏRLİK EDİR- VİDEO/FAKTLAR" sərlövhəli tənqidi yazı dərc olunub.

Tovuz rayonunun Aşağı Quşçu kəndində fəaliyyət göstərən əxlaqsızlıq yuvalarından bəhs edən tənqidi yazıda adı kecən Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oglu Röyal Tağıyev redaksiyamızla əlaqə saxlayaraq öz kəskin iradlarını bildirdi:

"Başa düşmürəm, atamın bu obyektlə nə əlaqəsi ola bilər. Yazırlar ki, guya “RR KLUB” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Nağı oğlu Tağıyevə məxsusdur. Klubu Məmmədov Samir Rasim oğlu icarəyə götürüb. Burada əlavə olaraq maşın yuma sexin də var. Bu iaşə obyekti Qəfərova Familə Qətər qızına məxsusdur. Hazırda Rusia Federasiyasında yaşayır. Samir qəhrəman döyüşçüdür və mən də 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. Burada calışanlar bu iaşə obyektində ailələrinə çörək qazanırlar. Bura necə fahişəxana ola bilər ki? Hərə bir kamera alıb düşüb cöllərə, kicik-böyük sahibkarları, idarə müdirlərini şərləyib pul qoparmaqla məşguldur. Biz 44 günlük Vətən müharibəsində, qanlı döyüşlərdə vuruşanda bu reket jurnalistlər bəs, harada idilər?!. Biz indi kiçik bir sahibkarlıqla məşğuluq. İnsanlara mədəni xidmət göstəririk və halal çörək qazanırıq. Bu tip insanlar isə atama şər və böhtan ataraq şantaj yolu ilə özlərinin şəxsi maraqlarını güdürlər. Dövlətimizin belə bir zamanda dini siyasətini həyata keçirən bir orqanının şöbə müdirinə şər və bphtan atmaqla onlar düşmənin dəyirmanına su tökürlər. "

Sonda Röyal Tağıyev bildirdi: "Onu da deyim ki, həmin "reket jurnalistlər" bu məsələ ilə bağlı 09.04.2023-cü il tarixində atama zəng edərək 500 manat verməsiniz, sizin işgüzar nüfuzunuza zərbə vuracaq, tənqidi yazılar paylaşacaqlarını demişdilər. Atam bununla bağlı DİN-in 102 xidmətinə şikayət etmişdir. Biz onlarla hüquq müstəvisində danışacagıq."

Biz Qazax-Tovuz bölgəsi üzrə müxbirimizlə əlaqə saxladıq. O, məsələni araşdırıb bizə məlumat verdi ki, “RR KLUB”-un Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevlə heç bir əlaqəsi yoxdur və "RR KLUB" şikayətçilərin şikayət obyekti deyildir.

Mövzunu diqqət mərkəzində saxlayacagıq.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER