Hacı Ruslan Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Hacı Ruslan Həsənovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Hacı Ruslan Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
102xeber.az saytının Təsisçisi Baş Redaktoru, 102xeber.com saytının Rəhbəri, Beynəlxalq ictimai.az Saytının Təsisçisi və Baş Redaktoru Məxfi Fikir.az Saytının Təsisçisi, Məxfi Fikirlər Qazetin Təsisçisi Baş Redaktoru, 102xeber.tv-nin Təsisçisi Hacı Ruslan Həsənov - “30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövrünün reallıqları bu həqiqətə işıq salır ki, Ermənistanın ədalətə və beynəlxalq hüquqa sığmayan addımlarına, törətdiyi hərbi təxribatlarına bəzi dünya gücləri tərəfindən göz yumulması, dəstək göstərilməsi işğalçı ölkənin daha böyük iddialarla yaşamasına səbəb olur. Bu reallıq Azərbaycan dövləti tərəfindən daim bildirilir ki, Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi, İkinci Qarabağ müharibəsi yaşanmazdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu önə çəkilərək erməni silahlı birləşmələrinin bu torpaqlarımızı qeyd-şərtsiz tərk etmələri öz əksini tapıb. Əgər BMT qətnamələri zamana və məkana görə tətbiq edilirsə, dövlətlərarası münasibətlərdə əsas amil olan etimad mühitindən danışa bilərikmi? Azərbaycan ən yüksək tribunalardan bu çağırışı edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm olmalıdır. İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyan illərdir onlara göstərilən diqqətin və qayğının nəticəsi olaraq beynəlxalq hüquq məfhumunun mövcudluğunu açıq-aşkar inkar etdi. Bir qədər də irəli gedərək “beynəlxalq hüquq varmı” sualı ilə müaciət etmişdir. Bəzi dünya gücləri Ermənistanın bu yanaşmasına da laqeydliyi çıxış yolu kimi gördülər. Postmünaqişə dövrünün reallıqları 30 illik işğal zamanında baş verən hadisələrin təkrar olunduğunu nümayiş etdirir. Ermənistan atəşkəsi pozur, hərbi təxribatlar törədir dünya yenə də susur. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilmir.”
Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etdi: “İki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın bu istiqamətdə konkret addım atmaq fikrində olmadığı özünü aydın şəkildə nümayiş etdirir. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.”
Ermənistanın bu günlərdə sərhəddə törətdiyi növbəti təxribat regionda davamlı sülhün və sabitliyin yaradılmasında maraqlı olmadığını bir daha nümayiş etdirdi: “Rəşadətli Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarix boyu unuda bilməyəcəyi dərsi verdi. Amma mənfur düşmən bu dərsi unudaraq dəfələrlə hərbi təxribatlar törətdi, Azərbaycan Silahlı Qüvvələri onların qarşısını qətiyyətlə aldı. “Qisas”, “Qətiyyətli addım” əməliyyatları bir daha Ordumuzun gücünü, qüdrətini, hər bir təxribatın qarşısını almaq imkanlarını dünyaya nümayiş etdirdi. Təəssüflər olsun ki, Ermənistan havadarlarına arxalanaraq 44 günlük müharibənin nəticələrindən, müharibədən sonrakı dövrdə törətdiyi təxribatlar zamanı üzləşdiyi itkilərdən dərs almaq istəmir. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiyi, Ermənistanla münasibətlərini normallaşdırmaq istiqamətində davamlı addımlar atdığı, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı ardıcıl təşəbbüslərlə çıxış etdiyi halda işğalçı dövlətin danışıqlardan, üzərinə düşən öhdəliklərin icrasından yayınmaq üçün cəhdlər etməsi diqqətdən kənarda qalmır. Bəzi dünya gücləri Azərbaycanın sülh təklifini dəstəklədiklərini, bunun üçün səylərini əsirgəməyəcəklərini bildirsələr də artıq bəyanatların konkret addımlarla əvəzlənməsi zamanıdır.”
Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın provokativ açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərirdi: “Son zamanlar Ermənistan hakimiyyəti ritorikasını sərtləşdirib, irəli sürülən bütün təşəbbüsləri bloklama yolunu tutub, Azərbaycana qarşı əsassız iddialarla çıxışlarını artırıb. Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Erməniatanın siyasi və hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Ermənistan tərəfi missiyanın fəaliyyətinin Azərbaycanı təxribatlara adekvat cavab verməkdən çəkindirəcəyini düşünür. Göründüyü kimi, Ermənistan bütün hallarda bəzi dünya güclərinin dəstəyinə arxalanır. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Ermənistan himayədarlarına arxalanıb yeni təxribat planları hazırlamaq deyil, mövcud reallıqları qəbul edib sülh müqaviləsinin imzalanması haqqında düşünməlidir. Sülh təklifi işğalçı dövlətə verilən son şansdır. Ermənistan növbəti təxribatına və cinayətinə görə mütləq cavab verəcək. Şəhidlərimizin qanı yerdə qalmayacaq.”