• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Xəlil Göyüşov: İmkanlar tükənməyib!

  • 03.08.2023, 12:34,
  • Siyasət
  • Baxılıb: 4

Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibə verib (FOTO/VİDEO) (YENİLƏNİB)


'Körpü-Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də “Euronews” telekanalına verdiyi müsahibədə bir sıra mühüm siyasi proseslərlə bağlı mövqeyini açıqlayıb və Azərbaycan-Ermənistan, Qarabağ məsələsinin həllində son vəziyyət və perspektivləri ilə bağlı sualları cavablandırıb.

Dövlətimizin başçısı bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanat sülh razılaşması deyil, əslində, Ermənistanın kapitulyasiya aktıdır. Bununla belə, düşünürəm ki, üçtərəfli Moskva Bəyannaməsini aralıq sənədi kimi sülhə doğru ilk ciddi addım hesab etmək olar. Çünki məhz bundan sonra  Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə yol açılmış oldu. Prezident İlham Əliyev sülhyaratma prosesində vasitəçilik missiyasına qoşulan bütün platformaları məqbul hesab etdiyini bildirmişdir: “Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir... Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir...  Nəticəyə gəlmək vacibdir. Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik”.

Lakin bununla yanaşı Prezident İlham Əliyev Rusiyanın bu məsələdə önəmini diqqətə çatdırdı: “Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular”. Məlum olduğu kimi, ötən ilin fevral ayında "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" imzalanmış Bəyannamə iki ölkə arasında münasibətləri yeni, daha yüksək səviyyəyə qaldırmaqdadır. Dövlətimizin başçısı artıq bu müstəvidə Rusiya ilə Azərbaycan qarşılıqlı münasibətlərimiz tarazlaşdırıldığını bəyan edərək demişdir: “...Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim nəzərəçarpan ticari dövriyyəmiz, daşımalar infrastrukturuna aid bir çox layihələrimiz var”.

Müsahibədə Laşın sərhəd buraxılış məntəqəsi ilə bağlı beynəlxalq səviyyədə yaranmış ajiotaja da aydınlıq gətirilmişdir. Ermənistanla olan sərhəddə sərbəst hərəkət üçün normal şəraitin yaradıldığını, lakin buna baxmayaraq hətta qaçaqmalçılıqla müşaiyət olunan Qırmızı Xaç Komitəsinin qanunsuz əməllərinin aşkar olunduğunu qeyd edən Prezident İlham Əliyev sərhəd-keçid məntəqəsinin qurulmasını Azərbaycanın legitim hüququ olduğunu diqqətə çatdırmışdır: “...Bu hüquq heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib”.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində rəsmi Bakının beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan mövqeyini açıqlayarkən sülhün əsas şərti kimi Ermənistan tərəfindən konstruktiv yanaşmanın zəruriliyini önə çəkilmişdir. “...Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq... Ermənistan hökumətinin iki seçimi var. Ermənistan hökuməti üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır... Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır... Əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik”. Bununla da dövlətimizin başçısı dinc yolla sülhə nail olmaq üçün imkanların tükənmədiyinə ümidini ifadə etmişdir.

Preziden İlham Əliyev bir daha Qarabağda yaşayan ermənilərə xitabən onların da digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim hüququnq malik olduqlarını xatırlatmışdır. “Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER