• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Fəzair Piriyev: “Böyük qayıdış”, hədəflər reallığa çevrilir

  • 14.08.2023, 13:26,
  • Siyasət
  • Baxılıb: 12


Fəzair Piriyev: “Böyük qayıdış”, hədəflər reallığa çevrilir



Bərdə Yeni Daşkənd bələdiyyəsinin sədri Fəzair Piriyev“Dünyaya təkmil inkişaf modelini təqdim edən Azərbaycanın iqtisadi uğurları biri-birini əvəzləyir. 2003-cü ildən, yəni cənab İlham Əliyevin Prezident seçilməsindən bu günədək neft siyasətinin davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Regional inkişaf proqramları çərçivəsində görülən işlər qarşıdakı dövr üçün nəzərdə tutulan Milli Prioritetlərin həyata keçirilməsində stimulverici amildir. Artıq regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası bu il başa çatır. Tarixi Zəfərimizdən sonra təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdakı dövrün hədəflərini və onların icra mexanizmlərini özündə ehtiva edir. Ümumilikdə bütün bölgələrimizin həyatında yeni mərhələ başlayıb. Dövlət başçısı İlham Əliyevin avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri, görülən işlərlə tanışlığı, bir sıra mühüm sosial obyektlərin açılışında iştirakı belə bir həqiqətin təsdiqidir ki, hazırkı dövrdə əsas çağırış işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması olsa da, bütün bölgələrimiz bu diqqət və qayğı ilə əhatə olunub. Dövlətimizin başçısının regionlara hər bir səfəri hədəflərə hansı səviyyədə nail olduğumuza, verilən tapşırıqların icrasına işıq salır. Cənab İlham Əliyev daim bu məqamı diqqətə çatdırır ki, bölgələrə səfərləri həm nəzarət üçün bir vasitədir, yəni, verdiyi tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir. Ölkə Prezidentinin bölgələrdə bəyan etdiyi bütün hədəflər, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması təmin edilir. Bir sözlə, Azərbaycanın bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizin hərtərəfli inkişafını sürətləndirir.”

İlqar Qaralov: “Böyük qayıdış”, hədəflər reallığa çevrilir


Dövlət başçısı İlham Əliyevin sözügedən səfərləri artıq icrasını cari ildə başa çatdıran dördüncü Dövlət Proqramı çərçivəsində regionların inkişafı barədə aydın təsəvvür yaradır: “Təkcə cənab İlham Əliyevin bu səfəri zamanı görülən işlərlə tanışlığına və açılışında iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Belə ki, dövlət başçısı Qazaxda yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun, “Venzana” mebel fabrikinin, “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak etdi. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu. Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin, Samux Rayon Mərkəzi Xəstəxanasının, Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak etdi.”

Fəzair Piriyev bu mühüm məqamı da diqqətə çatdırıb ki, ilkləri ilə dünyanın diqqətində olan ölkəmizin həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər bölgələrdə beynəlxalq aləmdə Azərbaycan brendi kimi nüfuz qazanan “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsinə xüsusi diqqət göstərməsi təqdirəlayiq hal kimi dəyərləndirilir: “Bir daha təsdiqlənir ki, dövlətimizin siyasətində insan amili əsas yer tutur. İnsanların rahat yaşayışının təmin edilməsi üçün bütün zəruri addımlar atılır. Vətəndaş məmnunluğunun artırılması dövlət başçısı İlham Əliyevin əsas çağırışları sırasındadır. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilir. Cənab İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etdi. Məlumdur ki, hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1 milyondan artıq insana xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98 faizdən yüksəkdir. 2025-ci ilədək DOST mərkəzlərinin sayının 17-yə, yerlərdə xidmətlərin təşkili məqsədilə filiallarının sayının 55-ə çatdırılması planlaşdırılır. Dövlət başçısı İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Dövlətimizin dayanıqlı inkişafın, yüksək rifahın təmin edilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəklənməsi, Azərbaycan brendi kimi tanın layihələrin tətbiqinə marağın göstərilməsi və həyata keçirilməsi yeni iqtisadi, sosial inkişaf modelimizin nəticəsidir. Zamanın, dövrün tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrasına start verilməsi, bütün göstərilən xidmətlərdə şəffaflığın təminatı məqsədilə “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin yaradılması kimi biri-birindən mühüm addımlar və layihələr beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərilən məsələlər sırasındadır.”

Fəzair Piriyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə hazırkı dövrün tələblərinə uyğun, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində görülən işlərə, soydaşlarımızın yaradılan şəraitlə bağlı böyük məmnunluq hissi ilə söylədikləri fikirlərə yönəldərək belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın malik olduğu imkanlar hər bir hədəfə doğru inamla addımlamasını təmin edir.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER