• 19:06 – Sabunçu rayon Mastağa qəsəbəsi 209 saylı tam orta məktəbin direktoru Sabahət Ağayeva : “Üçrəngli Bayraq mənim deyil…” 
  • 10:30 – "Polis peşəsi ağır peşedir, çetin peşədir 
  • 00:45 – Hacı Həsən Rüstəmov - Məhərrəm Məclisi 
  • 00:23 – Sahib Hüseynov: "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” 

“Qazaxlı Alik”in oğlu Fuad Muradovu Rauf Arifoğlu idarə edirmiş- ŞOK MƏlUMATLAR

  • 05.10.2023, 14:27,
  • ---
  • Baxılıb: 7

“Qazaxlı Alik”in oğlu Fuad Muradovu Rauf Arifoğlu idarə edirmiş- ŞOK MƏlUMATLAR


Məlum olduğu kimi, “qazaxlı Alik”in oğlu, özünü “DİFAİ” hərəkatının sədri kimi təqdim edən Fuad Muradov həbs edilib.
Fuad Muradov “mama roza”lıq fəaliyyəti və şantajla məşğul olduğu üçün zərərçəkənlərin şikayəti əsasında saxlanılıb. O, təsir dairəsində olan iki qadının müxtəlif şəxslərlə görüşünü təşkil edərək, görünütülərini çəkib. Daha sonra isə həmin şəxsləri bu görüntüləri ictimailəşdirəcəyi, ailələrinə göndərəcəyi ilə təhdid edərək, küllli miqdarda pul tələb edib. 

Fuad Muradovla bağlı saytımıza daxil olan digər məlumat isə şokedicidir.  Özəl mənbənin saytımıza dediyinə görə, Fuad Muradov bu işləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun “krışalığı” ilə edib. 
Rauf Arifoğlu Fuad Muradovu mütəmadi olaraq pulla təmin edib və pul istəyib rədd cavabı aldığı tanınmış şəxsləri sosial şəbəkələrdə Fuad Muradov vasitəsilə təhqir etdirib. Buna görə Rauf Arifoğlu Fuad Muradova trol dəstəsi də təşkil edib. 
Dəqiqləşmiş məlumata görə, Rauf Arifoğlu rəqib hesab elədiyi, üzdə dostluq etdiyi baş redaktorları da Fuad Muradova söydürüb, onlar haqqında saxta profillərdən çoxlu statuslar yazdırıb. 
Rauf Arifoğlunun deputat ola bilmədiyi seçki kampaniyasında isə Fuad Muradov özünün “qoçu dəstəsi” ilə iştirak edib, Raufun əleyhinə olan adamları hədələyib. Eyni zamanda müxtəlif nömrələrlə fəallara, sosial mediada aktiv olan şəxslərə hədə mesajları göndərilib. 
Rauf Arifoğlunun “şilləvuranı” olan Fuad Muradov onun məsləhəti ilə ayrı-ayrı məmurların adından istifadə edib. Özünü müxtəlif məmurlara yaxın göstərməklə məhz Arifoğlunun xərac ala bilmədiyi digər məmurları ağır təhqirlərə məruz qoyub. 
Əldə etdiyimiz məlumata görə, artıq Fuad Muradov istintaqa ilkin ifadəsində Rauf Arifoğlunun diqqətəsi ilə işlədiyini etiraf edib.xeberim.info

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER