Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov - Oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızı qaldırdı. Bu tarixi hadisə ölkəmizin bütün ərazilərində yüksək qürur və iftixar hissləri ilə qarşılanır. Çünki bu, suverenliyimizin bərpasının təntənəsidir.
Dövlət başçısı prezidentlik fəaliyyətinin 20-ci ildönümündə üçrəngli Dövlət Bayrağımızı Xankəndində qaldırılması və xalqa müraciəti Azərbaycan və dünya tarixində şərəfli missiyanın uğurla yerinə yetirilməsinə sübutdur.
İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Prezident vurğuladı ki, Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
Qeyd etməliyik ki ,vaxt var idi bölgədə hətta Ermənistanda belə Azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamışlar. Xüsusən Ulu Öndərin hakimiyyətinin birinci dövründə 1969-1982 ci illərdə bütün ekstremist qüvvələrin millətçi qüvvələrin ayağı çəkilmiş xoşagəlməz hallar olmamışdır. O vaxt böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, burada ali məktəb yaradıldı və Xankəndidə bu gün olan binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir. Kənd təsərrüfatı inkişaf edirdi. O vaxt təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti 100 min tondan çox üzüm tədarük edirdi. Burada erməni dilində qəzet çıxır məktəblər fəaliyyət göstərirdilər.Lakin Ulu Öndəri Moskvada Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarandan sonra millətçilər baş qaldırdılar və ərazilərin Ermənistana birləşdirilməsi məsələsini qaldırdılar. O zamankı Azərbaycan rəhbərliyinin qorxaq və qətiyyətsizliyi nəticəsində Erməni millətçiləri hərbi dəstələr bölgəyə axışdılar və xalqımıza qarşı qırğın siyasəti keçirməyə başladılar. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə.
İndi qondarma rejimin üzvləri bakıdadırlar. Onlar istintaq təcridxanasında öz cəzalarını gözləyirlər. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik. Bizim bayrağımız Xankəndində dalğalanır. Revanşistlər müharibəni unutmasınlar. Əgər onlar hansısa bir revanş fikrinə düşərlərsə öz aqibətlərini fikirləşsinlər