• 10:07 – Cahangir Müəllimin Liderliyi və Tikinti Sektorundakı Mükəmməlliyi 
  • 10:03 – Ələtin Yenilənmə Yolu: Azad Musayevin Fədakar Rəhbərliyi və Rayon sakinlərinə Həsr Olunmuş Xidməti 
  • 10:00 – Eldəniz Məmmədovun yorulmaz səyləri, Qaxın gələcək inkişafı üçün möhkəm bir təməl yaratmışdır 
  • 09:59 – İkinci Aşıqlının İnkişaf Yolu: Bulud Əbdürrəhmanovun Liderliyi və Sakinlərə Sadiq Xidməti 

Azərbaycanın Ziyalı Jurnalist -`Çağdaş Təhsil`in təsisçisi: Vüsal Zeynalov

  • 05.01.2024, 14:05,
  • ---
  • Baxılıb: 16

Azərbaycanın Ziyalı Jurnalist -`Çağdaş Təhsil`in təsisçisi: Vüsal Zeynalov

Gənclik yaşında əldə edilən hər şey mökhəm və davamlı olur.
 Y.A.Kamenski

Vətənpərvər, ayağı torpaqda, əli təmiz , ürəyi təmiz, səmimi insan , vəfalı dost, zəhmətkeş ziyalı olan Vüsal Zeynalovun həyatı heç də hamar olmamışdır. Zamanın çətin sınaqlarına sinə gərən Vüsal hələ uşaqlıq çağlarından ata qayğısından məhrum olub. Ailənin ağrılığı ilə bir oğul kimi onun çiyinlərinə düşüb. Evin ağırlığını öz çiyinlərinə götürən Vüsal yaşına uyğun olmayan işləri öhdəsinə götürüb. Hər dəfə evə qazanc gətirəndə anasının bir gözündən sevinc yaşı, digərindən kədər yaşı süzülüb. Oğlunun bu əziyyətlərinə güclə dözüb ana. Amma zamanı keçdikcə vurduğu yaraları sağaldıb. Vüsal imtahanlardan üzü ağ çıxaraq həyatda öz yolunu tapa bilib. Ali təhsil almağı da yaddan çıxarmayıb. O, 2004- cü ildə Ali təhsil həyatına qədəm qoyub. Ali təhsil həyatını arxada qoyduqdan sonra Vüsal yaradıcılıq işinə başlayır. İlk dəfə yaradıcılığı
Tərtər rayon İcra Hakimiyyətinin orqanı olan ``Yeni Tərtər`` qəzetində başlayır. Sonra isə ``Elm və Zəka`` qəzetində müxbir kimi fəaliyyət göstərir. Vüsalın xidmətlərindən biri də göz açdığı Kəlbəcər rayonunun ``Ağdaban kəndinin faciəsi`` ni internet sayıtında yerləşdirilməsi olub. Bununla o, erməni daşnaqlarının vəhşiliklərini bütün dünyaya çatdırmağı özünə borc bilib. Hazırda ``Çağdaş Təhsil`` qəzetinin təsisçisi və baş redaktorudur. Bununla yanaşı , Azərbaycan Respublikası Nəqliyyat Yol Yaşıllaşdırma İdarəsinin işçisi kimi də fəaliyyət göstərib.

``Çağdaş Təhsil`` qəzetinin təsisçisi və baş redaktoru Vüsal müəllim bu qəzeti yaratmaqda məqsədi gənc nəsli təhsilə səsləmək olub. Ona görə də qəzet yarandığı gündən ancaq təhsilimizin inkişafından, bu yolda aparılan islahatlardan və bu islahatların uğurlu nəticələrindən bəhs edir. Vüsal Zeynalov son vaxtlar ziyalılarımızdan bəhs edən 17 kitabla oxucuların görüşünə gəlib. Bu kitablarda əsasən Azərbaycan Ziyalılarından bəhs olunur. Bu uğurları başa vurduqdan sonra 2011-ci ildə ``Qızıl qələm`` mükafatına layiq görülübdür. Çağdaş Təhsil”
jurnalı və təsisçisi Vüsal Zeynalov 2007-ci ildən bu günə qədər fəaliyyət göstərir. Belə ki, 2007-ci ildən bu yana jurnalımız təhsil və təhsildə baş verən dəyişikliklər, islahatlarla bağlı şagirdlərlə söhbətlər aparmış, təhsilin bir ölkənin, dövlətin gələcəyi üçün nə qədər önəmli yer tutduğunu dəfələrlə vurğulamışdır. Bütün bu söhbətlər sadəcə bir bölgədə yox, Azərbaycanın ən ucqar dağ kəndlərində və ümumiyyətlə, ölkənin bütün rayonlarında aparılıb. Vüsal Zeynalov məktəblilərlə hər dəfə görüşəndə vətənpərvərlik mövzusunda xüsusi danışıqlar aparan elə bu gün də
həmin formada, hətta daha da inkişaf etmiş şəkildə fəaliyyətini davam etdirir.
18 ildir ki, fəaliyyətdə olan “Çağdaş Təhsil” və təsisçisi Vüsal Zeynalov həmişə olduğu kimi bu gün də bütün şəhid övladlarına, fiziki qüsurlu və eyni zamanda əqli cəhətdən zəif olan şagirdlərə və həm də müharibədə iştirak etmiş I qrup əlil övladlarına təmənnasız şəkildə xidmət göstərir. Və həmişə də bu şəkildə xidmət göstərəcək. Xidmətlər dedikdə isə onlayn hazırlıq kursları, uşaqlara motivasiya vermək məqsədilə dərc edilən, redaksiya ilə eyni adı daşıyan “Çağdaş Təhsil” jurnalı, qəzet və kitablar və təhsil saytımızda qabaqcıl şagirdləri paylaşaraq hər kəsə tanıtmaq nəzərdə tutulur. Vüsal Zeynalova arzumuz budur ki, hərflərdən söz , sözlərdən sözlərdən bir alınmaz ordu yaradıb ona sərkərdəlik edən qələmi daim haqqa söykənib, ədaləti tərənnüm etsin.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER