• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Dilarə Mövlayeva: Azərbaycana böyük ehtiramın və dəstəyin göstəricisi

Dilarə Mövlayeva: Azərbaycana böyük ehtiramın və dəstəyin göstəricisi


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Göygöl rayon komitəsinin sədri Dilarə Mövlayeva - Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirildi. 30 ölkədən 64 nümayəndənin iştirakı ilə keçirilən tədbirdə çıxış edən dövlət başçısı İlham Əliyev, eyni zamanda, iştirakçıların çoxsaylı suallarını cavablandırdı. Sonuncu dəfə belə bir görüşün ötən ilin dekabrında keçirildiyni önə çəkən dövlətimizin başçısı bu müddətdə Azərbaycanda və ətrafda bir sıra hadisələrin baş verdiyini və onların müsbət məcrada cərəyan etdiyini xüsusi vurğuladı. Bu hadisələr sırasına Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və sərhədlərin delimitasiyası, ölkəmizin mötəbər tədbirə-COP29-a ev sahibliyi barədə qərarın qəbul edilməsi daxildir. COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Ölkəmiz hazırlığın fəal mərhələsindədir.  Cənab İlham Əliyev bildirdi ki, yaxşı nəticələr əldə etmək üçün olduqca fəal və səmərəli çalışmalıyıq. COP29 çox böyük məsuliyyətdir. Söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.

Azərbaycan ev sahibliyi etdiyi hər bir tədbiri yüksək səviyyədə təşkil etmək təcrübəsinə malikdir. Bu baxımdan belə bir əminlik ifadə edilir ki, COP29 da yüksək  təşkilatçılıq əsasında keçiriləcək, Azərbaycanın malik olduğu imkanlar barədə iştirakçılar dolğun məlumatlar əldə edəcəklər. Belə tədbirlərin Azərbaycan həqiqətlərinin təbliğində böyük rolu vardır. Dövlət başçısı İlham Əliyev forum iştirakçılarının suallarını cavablandırarkən ev sahibliyi edən ölkənin malik olduğu üstünlüklərə diqqətini yönəltdi. Bu məqam xüsusi vurğulandı ki, dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik. Ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaq. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər.

Hər zaman qeyd edildiyi kimi, hər dövrün öz tələbi, çağırışları vardır. Əgər əvvəlki vaxtlarda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün tez-tez bu və ya digər ölkələrə səfərlərin edilməsinə böyük zərurət duyulurdusa, artıq bu gün Azərbaycanın hər həftə, hər gün hansısa mövzuda beynəlxalq tədbirə ev sahibliyi etməsi reallıqlarımız barədə dolğun məlumatların əldə edilməsini şərtləndirir. Bugümüzün qürurverici hadisəsi, eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. ADA Universitetində ənənəvi keçirilən beynəlxalq konfransların, forumların iştirakçıları işğaldan azad edilmiş ərazilərimmizə də səfər edir, burada ermənilərin törətdikləri dağıntılarla və Azərbaycan xalqının bu torpaqlarda apardığı bərpa -quruculuq işləri ilə yaxından tanış olurlar. Belə bir mənzərəni müşahidə etməklə ermənilərin illərdir apardıqları təbliğatın nə qədər əsassız olduğunun, özgə torpağını ələ keçirdiyinin şahidinə çevrilirlər. Bu günədək keçirilən konfranslardan sonra iştirakçılar Şuşada, Ağdamda və Zəngilanda olmuşdular. Bufəfəki forumun iştirakçıları isə Laçın rayonuna səfər etdilər.  Cənab İlham Əliyev forumdakı çıxışında Laçında görülən işlərdən bəhs etdi. Bildirdi ki, Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir. Yaşıl gələcəkdən danışırıqsa, Laçın tamamilə yaşıldır. Bu gün irimiqyaslı inkişaf gedir. Laçın şəhərinin və onun yaxınlığındakı bir kəndin yenidən qurulması tədbir iştirakçılarına Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının şahidi olmaq imkanı verəcək. Ötən il dövlətimizin başçısı 30 ildən sonra bu torpağa qayıdan Laçın şəhərinin ilk sakinlərinə evlərinin açarlarını təqdim etdi.  Cənab İlham Əliyev forumdakı çıxışında bu məqamı xüsusi vurğuladı ki, hazırda  növbəti sakinlər qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır: “Hətta oranı heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır. Bu, Azərbaycan xalqının öz köklərinə həqiqətən də nə qədər bağlı olduğunu nümayiş etdirir.”

Dövlətimizin başçısı ötən ilin sentyabr ayında suverenliyimizin tam bərpa olunmasından sonra son 9 ayın uğurlarından bəhs etdi. Bildirdi ki, görün nə qədər heyranedici hadisələr baş verib. Azərbaycan bütün ərazisində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atdı. Bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, “ağıllı şəhər”lər və “ağıllı kənd”lər  qurulur. Azərbaycan COP29-a ev sahibliyi edəcək.  Qazaxın 4 kəndi geri qaytarıldı. Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, inanılmaz hadisələr baş verdi.

COP29 sülh prosesinin nəticəsidir. “Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir” söyləyən cənab İlham Əliyev onu da vurğuladı ki, çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.

Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticələrindən, hazırkı dövrün çağırışlarından geniş bəhs etdi. Ölkə Prezidentinin hər bir çıxışı, müsahibəsi həm ölkəmizlə, həm də regionda və dünyada gedən proseslərlə bağlı  məlumatların əldə edilməsi üçün zəngin mənbədir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan hadisələrə real yanaşmaları ilə diqqətdədir. Həmçinin dövlətimiz uğurlu siyasəti ilə ölkələr arasında münasibətlərin qurulmasında əsas faktor olan etimadın qorunmasına xüsusi diqqət göstərir. Cənab İlham Əliyev forumdakı çıxışında bu reallığı da qeyd etdi ki, biz kağızlara əsaslanan dünyada yaşamırıq. Əlimizdə 28 il ərzində kağızımız var idi. Bu, dünyada ən nüfuzlu olan BMT Təhlükəsizlik Şurasının qətnaməsi idi. Nə olsun? Buna kim əhəmiyyət verirdi? Qoşunlarını çıxarmağı Ermənistandan tələb edən həmin qətnamələri qəbul edənlər belə onların həyata keçirilməsi üçün heç bir iş görmədilər. Bu qətnamələrlə nə etmək lazımdır? Özümüzü bu qətnamə ilə əhatə etməli idik. Biz silahı götürüb ölməyə getdik, elə də etdik.

Göründüyü kimi, dövlətimizin başçısının söylədiyi hər bir fikir bu günümüz və gələcəyimizlə bağlı çağırışdır. Azərbaycan hər bir hədəfə yüksək səviyyədə nail olmaq üçün səylər göstərir, qlobal məsələlərin həllində birgə addımlar atmağın vacibliyini bildirir.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER