“Düşündürücü hal odur ki, “Çinarlı” hotellə bağlı tənqidi məqalələr işıq üzü görən kimi, hələlik adının çəkilməsini istəmədiyimiz bəzi “media nümayəndələri yuyulmamış çömçə” kimi meydana çıxıb, adı çəkilən ünvanı müdafiə edirlər”
Yəqin ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən yaşayış məntəqəsiAZ1000-ünvanda fəaliyyət göstərən və 3 ulduzlu “Çinarlı” hotel adı ilə tanınan (əslində bura hotel deyil, ən böyük əxlaqsızlıq ünvanlarından biridir) bu ünvanın qanunsuzluğa söykənən fəaliyyəti haqda məlumatlı olan hər kəs bilir ki, hal-hazırda adı çəkilən obyekt hotel kimi deyil, açıq-aşkar şəkildə əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir. Buna səbəb olan amillərdən ən əsası ondan ibarətdir ki, hotelin inşaası həyata keçirilən zaman, obyekt sahibi “Çinarlı”nı elə bir “proyekt” əsasında inşa etdirib ki, bu obyektə məxsus otaqlarda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarını həyata keçirmək mümkün olur. Məsələn, ikimərtəbəli və təqribən 40-45 otaqdan ibarət olan 3 ulduzlu “Çinarlı” hoteldə cütlüklər üçün lazım olan hər cür şərait var. Yəni, hər bir otaqda televizor, hamam, yataq dəsti və digər avadanlıqlar olduğundan, cütlüklər hər bir avadanlıqlardan geninə-boluna istifadə edə bilirlər.
Bir faktı da qeyd edək ki, 3 ulduzlu “Çinarlı” hoteldə atılan addımlarla bağlı bu günədək ayrı-ayrı media qurumlarında dəfələrlə tənqidi məqalələr işıq üzü görüb, yaşanan problemlər qabardılıb və o da vurğulanıb ki, bu ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün şəraitin yaradılması ilə bərabər, çoxsaylı qanunsuzluqlara da imza atılmaqdadır. Müştərilərin bəzən olmazın aqibətlərlə üz-üzə qalmalarına səbəb, məhz ünvan sahibinin yaratmış olduğu şəraitin varlığıdır. Düşündürücü hal odur ki, “Çinarlı” hotellə bağlı tənqidi məqalələr işıq üzü görərkən, hələlik adının çəkilməsini istəmədiyimiz bəzi “media nümayəndələri yuyulmamış çömçə” kimi meydana çıxıb, qeyd olunan ünvanı müdafiə edirlər. O halda sual oluna bilər ki, görəsən yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradan Zahid adlı şəxsin atdığı addımları müdafiə etmək, özünü media nümayəndəsi hesab edən şəxsə yaraşarmı? Əgər yaraşdırılırsa, deməli həmin şəxs də...
Araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın.