Yəqin ki, tam əksəriyyət o haqda da məlumata malikdir ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və iclasda Prezident İlham Əliyev paytaxt Bakı şəhəri ilə bərabər, digər şəhər və rayonların ərazilərində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir.
Ölkə rəhbəri iclasın gedişi zamanı tikinti işləri ilə bağlı Sərəncam imzaladığını bir daha hər kəsin diqqətinə çatdırır və onu da qeyd edir ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Cənab Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkənin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaq, eyni zamanda ictimai nəzarət də artırılacaq.
Bu yöndə ölkə rəhbəri tərəfindən Sərəncam imzalansa da, ciddi tapşırıqlar verilsə də, hal-hazırda Bakı şəhəri ərazisində, hətta ətraf şəhər və rayonların ərazilərində qanunsuz tikinti işləri geniş vüsət almaqdadır. Bu da o deməkdir ki, həmin şəhər və rayonlara rəhbərlik edən şəxslərlə bərabər, qanunsuz tikinti işlərini həyata keçirən işbazlar da, möhtərəm Prezidentin imzaladığı Sərəncamdan, verdiyi tapşırıqlardan irəli gələn tələblərə məhəl qoymurlar. Adicə bir faktı qeyd edək ki, Bu günlərdə gundemxeber. az-ın redaksiyasına Abşeron rayonu, Xırdalan şəhəri, Anar İsgəndərov küçəsi- 22, bina-3 ünvanında yerləşən yaşayış binasının zirzəmisində qol qoyulan qanusuz tikinti işləri ilə bağlı sensasion məlumatlar daxil olub. Məlumatlarda qeyd olunur ki, iş adamı Famil adlı şəxs qeyd olunan ünvanda yerləşən yaşayış binasının zirzəmisində qeyri-qanuni tikinti işləri həyata keçirib. Yəni, bu şəxs yaşayış binasının zirzəmisini qazdırıb və binanın müəyyən mənada qəzalı vəziyyətə düşməsinə şərait də yaradıb. Belə ki, daxil olan məlumatlarda o da bildirilir ki, Famil adlı şəxs həmin yaşayış binasının zirzəmisində 10-a qədər qapılar açdırmış, hətta pilləkanlar da quraşdırmışdır. Bu da bina sakinlərinin narazılıq etmələri haqda, müəyyən çevrəllərdə bəzi fikirlərin dolaşmasına da səbəb olub. O halda sual oluna bilər ki, görəsən yaşayış binasına məxsus zirzəminin qazılması, zirzəmidə əlavə konstruksiya işlərinin həyata keçirilməsi, bir sözlə belə bir qanunsuzluqlara qol qoyulması haqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Abşeron rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin və aidiyyətı üzrə digər dövlət qurumlarının xəbəri varmı?
Bütün bunlar onu göstərir ki, cənab Abdin Fərzəliyevin icra başçısı olduğu Abşeron rayonu ərazisində qanunsuz qazıntı- tikinti işləri həyata keçirilən zamanı, söz sahibi olan hər kəsin şəxsi maraqlarının təmin olunması öndə tutulur. Əgər bu belə deyildirsə, yəqin ki, o halda ölkə rəhbərinin imzaladığı Sərəncam, verdiyi tapşırıqlar əsasında qol qoyulan qanunsuz qazıntı-tikinti işlərinin qarşısı vaxtında alınardı. Deməli, .... Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.//qerar.az/
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!