• 19:06 – Sabunçu rayon Mastağa qəsəbəsi 209 saylı tam orta məktəbin direktoru Sabahət Ağayeva : “Üçrəngli Bayraq mənim deyil…” 
  • 10:30 – "Polis peşəsi ağır peşedir, çetin peşədir 
  • 00:45 – Hacı Həsən Rüstəmov - Məhərrəm Məclisi 
  • 00:23 – Sahib Hüseynov: "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” 

Səbinə Salmanova Vətən Müharibəsində qəhramanlıq göstərmiş şəhid ailələri ilə görüşüb

  • 26.08.2024, 15:46,
  • ---
  • Baxılıb: 2

Səbinə Salmanova Vətən Müharibəsində qəhramanlıq göstərmiş şəhid ailələri ilə görüşüb

45 saylı Sumqayıt  dördüncü seçki dairəsindən deputatlığa namizəd olan Səbinə Salmanova tariximizdə  hər zaman cəsur qəhrəmanlar kimi qalacaq şəhidlərimizin də evlərinə getmiş, onların doğmaları ilə birlikdə ruhlarını yad etmişdir. Əfsanəvi genaralımız, hər bir əsgərinin qayğısına qalan nümunəvi komandan, döyüşlər zamanı böyük qəhramanlıqlar göstərmiş, şəhidliyi ilə bütün xalqımızın, ordumuzun düşmən üzərində yeni döyüşlərə səfərbər edilməsində, ordumuzun qələbə əzminin xeyli yüksəlməsində böyük rol oynamış Polad Həşimovun, öz təəsübü, cəsarəti, qorxmazlığı, igidliyi ilə dillər əzbəri olan, hər bir döyüşçümüzə əlavə güc, qüvvət verən Mübariz İbrahimovun ailələrini ziyarət etmişdir. 
Səbinə Salmanova daha sonra torpaqlarımız uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərmiş, xalqımızın başını ucaldan, bizə qalib xalq adını qazandıran, birinci və ikinci Qarabağ müharibələrində şəhid olmuş, vətənimizin əziz övladları  Elçin Hüseynovun,  Təbriz Alməmmədovun, Surxay Məhərrəmovun əzizləri ilə görüşmüşdür.  
Səbinə Salmanova hər bir  şəhidimizin ailə üzvləri ilə ətraflı, səmimi söhbət etmiş, bu ailələrin hər birinin xalqımızın qürur yeri olduğunu, bütün insanlarımız üçün çox əziz olduğunu bildirmişdir. Hər zaman şəhid ailələrinə diqqət, qayğı  göstərməyi özünun, hər bir azərbaycanlının borcu hesab etdiyini demişdir. 
Bu unudulmaz qəhrəmanlarımızın doğma ailə üzvləri Səbinə Salmanovaya öz qayğılarından danışmış, ona gələcək fəaliyyətidə uğurlar arzulamışlar.













Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER