• 19:06 – Sabunçu rayon Mastağa qəsəbəsi 209 saylı tam orta məktəbin direktoru Sabahət Ağayeva : “Üçrəngli Bayraq mənim deyil…” 
  • 10:30 – "Polis peşəsi ağır peşedir, çetin peşədir 
  • 00:45 – Hacı Həsən Rüstəmov - Məhərrəm Məclisi 
  • 00:23 – Sahib Hüseynov: "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” 

Şəhid Lətuf Faiq oğlu Məmmədovun mövlud günü qeyd edildi -Fotolar

  • 26.08.2024, 21:46,
  • ---
  • Baxılıb: 4

Şəhid Lətuf Faiq oğlu Məmmədovun mövlud günü qeyd edildi -Fotolar

Goranboy Rayon Hazırəhmədli kənd sakini, Şəhidlik məqamına ucalmış Lətif Faiq oğlu Məmmədovun mövlud günündə məzarı və doğmaları Hazırəhmədli Kənd T.Məmmədov Adına Tam Orta Məktəbi nin direktoru və pedaqoji kollektivi, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Hazırəhmədli İcra Nümayəndəliyi, Şəhidin yaxınları, İctimaiyyət nümayəndələri və kənd ziyalıları tərəfindən ziyarət edildi.
İlk öncə tədbir iştirakçıları Hazırəhmədli kənd qəbristanlığına gələrək Şəhidimizin məzarının üzərinə tər qəeənfillər düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra Hazırəhmədli kənd tam orta məktəbinin direktoru Təranə Cəbrayılova çıxış edərək Lətif Məmmədovun ailəsinə dərin hüzünlə başsağlığı verərək bildirmişdir ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz Ordumuz torpaqlarımızı erməni işğalından azad etdiyini, qalib Azərbaycan xalqının öz vətənpərvərliyini, əzmini bütün dünyaya tam aydınlığı ilə göstərdiyini qeyd etdi. Bununla yanaşı Goranboy rayonunda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunduğunu qeyd etdi və bütün Şəhidlərimizin qisasının alındığını və Azərbaycan bütövləşdiyini bildirdi.
Sonra Şəhid anasını Rəsmiyyə xanım evlində ziyarət edilərkən onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək ölkə başçısı cənab Ilham Aliyev ə və Birinci vitse-prezident xanım Mehriban Əliyeva minnətdarlığını bildirdi.
Sonda Şəhid anasına xatirə hədiyyəsi təqdim edildi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER