Bu gün isə deputatlığa namizədlərin sonuncu təbligat-təşviqat günüdür.
45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyi irəli sürülmüş Səbinə Salmanova bu gün “Mugam mərkəzi”ndə seçicilərlə görüş keçirdi. İzdihamla müşahidə olunan görüş seçicilərin aktivliyi ilə yadda qaldı.
Sumqayıt sakini, bu şəhərdə böyüyüb boya-başa çatmış, Milli Məclisə namizəd Səbinə Salmanovanı 400-dən artıq seçici əllərində gül dəstələri, bayraqlar tutaraq böyük çoşqu ilə qarşıladılar.
Seçicilər S.Salmanovanın proqramı ilə yaxından tanış olduqlarını bildirərək ona dəstəklərini ifadə ediblər. Namizədin Sumqayıtın problemlərinə dərindən bələd olduğunu ifadə edən çıxışçılar seçiciləri Səbinə Salmanovaya səs verməyə çağırıblar.
Səbinə Salmanova isə çıxışını “mən Sumqayıtlıyam və sizin kimi mən də Sumqayıtın problemlərindən xəbərdaram” sözləri ilə yekunlaşdırıb.
Mehribanlıq və səmimi mühit elə bir atmosfer yaratmışdı ki, seçicilər görüşü tərk etmək istəmirdilər.
Tədbirin sonunda Səbinə Salmanova seçicilərin çoxsaylı suallarına cavab verib.