• 10:07 – Cahangir Müəllimin Liderliyi və Tikinti Sektorundakı Mükəmməlliyi 
  • 10:03 – Ələtin Yenilənmə Yolu: Azad Musayevin Fədakar Rəhbərliyi və Rayon sakinlərinə Həsr Olunmuş Xidməti 
  • 10:00 – Eldəniz Məmmədovun yorulmaz səyləri, Qaxın gələcək inkişafı üçün möhkəm bir təməl yaratmışdır 
  • 09:59 – İkinci Aşıqlının İnkişaf Yolu: Bulud Əbdürrəhmanovun Liderliyi və Sakinlərə Sadiq Xidməti 

AHİK sədri Sahib Məmmədov sanatoriyalara baxış keçirib, müalicə olunanların rəy və təkliflərini dinləyib

  • 09.09.2024, 16:11,
  • ---
  • Baxılıb: 3

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov qurumun sanatoriyalarına baş çəkib, ittifaq üzvlərinin müalicəsi üçün yaradılmış şəraitlə tanış olub.
Öncə “Şıx” sanatoriyasına gələn Konfederasiya sədri ərazini gəzib, müalicə və yaşayış otaqlarına, yeməkxanaya və mətbəxə baxış keçirib.
Bildirilib ki, dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən sanatoriyada hər cür müasir şəraitli bir və ikinəfərlik nömrələr var. Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyada xəstəlik tarixi, müalicə kabinetlərinin fəaliyyəti, mühasibatlıq və yeməkxana pilot layihə olan mərkəzləşmiş smart sistemə qoşulub. Xidmətlərə kükürdlü su vannaları, naftalan terapiyası və parafin terapiyası daxildir. Burada İsrail, Rusiya, Belarus, Qazaxıstan, Almaniya, Polşa, Danimarka və digər ölkələrdən gələn qonaqlar da müalicə alırlar. 
Sonra sədr Sahib Məmmədov “Abşeron” mədə-bağırsaq sanatoriyasında və eyni məkanda yerləşən “Miras” istirahət mərkəzində olub, pasiyentlərin müalicə şəraiti ilə maraqlanıb. Məlumat verilib ki, sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə prosedurları daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. “Miras” istirahət mərkəzində də üzgüçülük hovuzu, masaj otağı, ayaq vannaları, sauna, həmçinin qapalı və açıq məkanda trenajorlar ziyarətçilərin ixtiyarındadır.
Konfederasiya sədri Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” nevroloji sanatoriyasına da baxış keçirib, buradakı vəziyyətlə tanış olub.
Bildirilib ki, sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün “Günəşli” sanatoriyası olduqca əlverişlidir. Sanatoriyada yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə mövcuddur. 
AHİK sədri Sahib Məmmədov “Qaranquş” uroloji sanatoriyasında da olub. Sədrə məlumat verilib ki, 1979-cu ildən fəaliyyət göstərən sanatoriyada Çıraqqala təbii mənbəyinin müalicəvi mineral suyu uroloji xəstəliklərin müvəffəqiyyətli müalicəsinə zəmin yaradır. Həmçinin pasiyentlər təbii müalicəvi palçıq və mineral yod-bromlu su ilə müalicə olunurlar.
Buzovna qəsəbəsində yerləşən AHİK-in “Şəki” istirahət mərkəzinə gələn Sahib Məmmədov burada da əraziyə, korpuslara baxış keçirib, istirahət üçün yaradılmış şəraitlə tanış olub.  
Sonda Konfederasiya sədri “Bilgəh” kardioloji sanatoriyasına gəlib və ona bildirilib ki, burada funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana və həmçinin kliniki-diaqnostik və biokimya laboratoriyaları fəaliyyət göstərir.
AHİK sədri Sahib Məmmədov sanatoriyalarda olarkən müalicə alanlarla da görüşüb, vəziyyətləri ilə maraqlanıb, rəy və təkliflərini dinləyib. Bildirib ki, üzvlərinin sağlamlıqlarının qorunması, istirahətlərinin səmərəli təşkili həmkarlar ittifaqlarının əsas vəzifələrindən biridir. Onun sözlərinə görə, ildən-ilə sanatoriyaların maddi-texniki bazası gücləndirilir, müasir tibbi avadanlıqlarla təchiz edilir, eyni zamanda təmir işləri aparılaraq yeni dövrün tələblərinə uyğunlaşdırılır. 
AHİK sədri həmçinin göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, sanitar və texniki təhlükəsizlik qaydalarına əməl olunması və ərazilərin yaşıllaşdırılmasının vacibliyi barədə sanatoriyaların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.
[b][/b]

AHİK sədri Sahib Məmmədov sanatoriyalara baxış keçirib, müalicə olunanların rəy və təkliflərini dinləyib

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER