• 19:06 – Sabunçu rayon Mastağa qəsəbəsi 209 saylı tam orta məktəbin direktoru Sabahət Ağayeva : “Üçrəngli Bayraq mənim deyil…” 
  • 10:30 – "Polis peşəsi ağır peşedir, çetin peşədir 
  • 00:45 – Hacı Həsən Rüstəmov - Məhərrəm Məclisi 
  • 00:23 – Sahib Hüseynov: "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” 

Türkiyəyə yardım göndərmək istəyənlərin NƏZƏRİNƏ

 

Azərbaycanın Türkiyədəki zəlzələ bölgəsinə göndərdiyi yardımların həcmi məlum olub.

Musavat.com-un xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bu günədək Azərbaycandan zəlzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5624 çadır çatdırılıb: "Bunların bir qismi 30 nəfərlik çadırlardır. Bundan başqa, 401 ton tibbi ləvazimat, 1200-dən çox genarator, 6240 ədəd qızdırıcı, 737 ton qida məhsulları göndərilib. Bu gün hər bir corab, papaq da önəmlidir".

C.Bağçı həmçinin Türkiyədə zəlzələ bölgəsində zəzərçəkənlərə yardım etmək istəyənlərə bir daha müraciət edib: "Yardım etmək istəyənlərdən artıq geyim göndərməmələrini xahiş edirəm. Çünki çox sayda geyim yığılıb və hazırda onların paylanılmasına başlanılıb. Yardım etmək istəyənlər daha çox çadır və generator göndərə bilərlər".

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER