• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Mərdan Mehdiyev: "Ədəbi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır."

 

İnsan ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Nəvai” postunun komandiri Mərdan Mehdiyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“Nəvai” postunun komandiri Mərdan Mehdiyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mərdan Mehdiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Nəvai” postunun komandiri Mərdan Mehdiyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Nəvai” postunun komandiri Mərdan Mehdiyevdir.

“Nəvai” postunun komandiri Mərdan Mehdiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mərdan Mehdiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Mərdan Mehdiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mərdan Mehdiyevdən danışdılar yaxşı ki, Mərdan Mehdiyev “Nəvai” postunun komandiridir… Mərdan Mehdiyev öz isguzarlığı ilə tanınır və seçilir….

Mərdan Mehdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Mərdan Mehdiyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mərdan Mehdiyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mərdan Mehdiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mərdan Mehdiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mərdan Mehdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Nəvai” postunun komandiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Mərdan Mehdiyev özünü doğruldub. 

Mərdan Mehdiyev deyir:

- Bildiyimiz kimi, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verdi. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak oldu  və yaralandı. Son məlumata görə,  ölənlərin sayı 36 minə yaxınlaşır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Həmişə xalqının yanında olan, dərdlərinə şərik olan Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərərçəkmiş hər kəsə lazımi köməklik göstəriləcəyini, heç kəsin diqqətdən kənarda qalmayacağına qeyd edib.

Prezidenti onu da vurğulayıb ki,  zəlzələnin nəticələri qısa müddətdə aradan qaldırılacaq, qəzalı vəziyyətə düşən binalar söküləcək, yerində yeniləri tikiləcək: “İndiyə qədər bir çox zəlzələrin şahidi olmuşuq, ancaq millətimiz zəlzələlər zamanı həmişə səbirlə davranıb və çətinliklərin öhdəsindən məharətlə gəlib”.

Əlbəttə, Türkiyə heç bir çətinliyə baş əyməyib. Ən çətin vəziyyətdən həmişə çıxış yolu tapıb. Bu çətinliyi də aşacaq, sabaha ümidlə baxacaqdır.

Ən çətin anımızda yanımızda olan qardaş Türkiyəyə dəstək olmaq bu gün hər bir azərbaycanlı vətəndaşın əsas amalına çevrilib.  Hamı bu gün bir nəfər kimi səfərbər olaraq Türkiyəyə öz yardınını göstərir. Hətta öz yardımları ilə gündəm olan insanlar da var. Kasıb evlərdə yaşamalarına baxmayaraq,  Türkiyəyə yardım üçün evlərinin əşyalarını belə verməkdən çəkinmədilər.  Kasıb evlər, zəngin ürəklər qəlbləri riqqətə gətirdi.  Sübut etdik ki,  biz kasıb olsaqda zəngin urəyə malik insanlarıq. Bu zənginliyimizi bütün dünya gördü. Dost sevindi, düşmən isə  çatladı.

Ölkə prezidenti İlham Əliyevin dediyi kimi: "Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq".

Bütün bunlar onu deməyə əsas verir ki, ədəbi və əzəli Azərbaycan-Türkiyə  birliyi, dostluğu və qardaşlığı sarsılmazdır.

Asxeber.com

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER