• 19:06 – Sabunçu rayon Mastağa qəsəbəsi 209 saylı tam orta məktəbin direktoru Sabahət Ağayeva : “Üçrəngli Bayraq mənim deyil…” 
  • 10:30 – "Polis peşəsi ağır peşedir, çetin peşədir 
  • 00:45 – Hacı Həsən Rüstəmov - Məhərrəm Məclisi 
  • 00:23 – Sahib Hüseynov: "Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” 

Türk milləti bu sınaqdan da üzüağ çıxacaq

  • 17.02.2023, 10:47,
  • Gündəm
  • Baxılıb: 4

 

Qardaş Türkiyə fevralın 6-da son 100 ilin fəlakətin ağır fəsadları ilə üz-üzə qalıb. Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb və dağıntılar altında qalıb. Onların taleləri hələ də məlum deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir. Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik: «Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi, həmişə olduğu kimi, nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə”.


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.


Ölkə başçısı cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi bütün xalq bu hadisədən sonra qardaş Türkiyəyə maddi və mənəvi dəstək olmaq üçün ayağa qalxıb. Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Hazırda FHN-nin 752 nəfərlik şəxsi heyəti Kahramanmaraşda xilasetmə işlərini həyata keçirir, yaralılar müalicə olunur, insanların geyim, yatacaq, ərzaq problemi həll olunur.


Sıravi Azərbaycan vətəndaşları əllərindən gələn, gücü çatan hər şeyi qardaş ölkəyə göndərmək üçün yardım toplama məntəqələrinə axın edirlər.
“Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək”-deyən cənab İlham Əliyev bu sözləri ilə həm qəlbimizi qürurlandırdı, həm də xalqımızın səfərbər olması üçün çağırış etmiş oldu. Xalq da öz liderinin çağırışına səs verdi. Hər zaman sarsılmaz qardaşlıq və həmrəylik nümayiş etdirən xalqımız bu dəfə də Türkiyə xalqının dərdinə, acısına şərik oldu. Türkiyənin zəlzələ ilə əlaqədar dördüncü dərəcəli həyəcan elanından sonra beynəlxalq müstəvidə yardım təklifləri gəlməyə başladı. Təbii ki, yenə ilk köməyə gedən dost ölkə Azərbaycan oldu. Canı bir, qanı bir qardaşlarımızın yanında olmaq, onların dərdini öz dərdimiz kimi qəbul etmək millət olaraq borcumuzdur. 44 günlük müharibədə bizimlə birlikdə döyünən ürəklərə bu gün təsəlli olacaq qədər birlik, sədaqət, şəfqət və dəyanət göstərməliyik. Və bundan şərəf duymalıyıq. Bunu bizə Müzəffər Ali baş Komandan İlham Əliyev deyir. Azərbaycanla Türkiyənin sarsılmaz dostluğunun qəhrəmanlıq nümunəsi deyir.


Bizim də borcumuz “Bir milllət, iki dövlət” fəlsəfəsindən yola çıxaraq belə bir kritik dönəmdə qardaş ölkəmizə dayaq durmaqdır. Biz dövlət və xalq olaraq qardaş ölkəni onun çətin günündə tək buraxmadıq. Bu, belə də olmalıydı və bundan sonra da Azərbaycanla Türkiyə bundan sonra da hər zaman bir-birinin yanında olmağa davam edəcək. Ulu Tanrı türk xalqını çox ciddi sınağa çəkib və bu sınaq qarşısında yalnız və yalnız qardaşlığa, dostluğa, əmin-amanlığa sadiq olanlar tablaya bilərlər. Türkiyə belə ağır, çətin günlərdə tək deyil. İlk olaraq qan qardaşı, can sirdaşı Azərbaycan yanındadır. Zəlzələ nəticəsində həyatlarını itirmiş insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir və inanırıq ki uca Türk milləti bu sınaqdan da üzüağ çıxacaq, qardaşlığımız bu çətin günlərdə daha da möhkəmlənəcəkdir.

Xuraman Behbudova,

Qobu qəsəbə 3 nömrəli tam orta məktəbinin direktoru

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER