• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Musa Şəkiliyev: “Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyi və tərəqqisi uğrunda mübarizəyə həsr edib”

  • 17.02.2023, 11:16,
  • Gündəm
  • Baxılıb: 9

 

“Müstəqil dövlətimizin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət Ümummilli Liderimiz, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olmuşdur. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsində rolu danılmazdır. Bugünkü azad və suveren respublikamız Ulu Öndərimizin ən böyük əsəridir. O, müstəqil respublikamızın qurucusu və memarıdır. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Azərbaycanda intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə Heydər Əliyev İli elan olunması da birmənalı olaraq Azərbaycan xalqının öz böyük oğluna tükənməz sevgisinin və sonsuz ehtiramının bir təzahürüdür. Ulu Öndərin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli Lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Bu gün də müstəqil ölkəmiz məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursla irəliyə doğru inamlı addımlar atır.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev deyib.

Öz fikirlərini davam etdirən müsahibimiz  Musa Şəkiliyev Azərbaycanın ən yeni tarixinin 34 illik bir mərhələsinin Heydər Əliyevin böyük adı ilə bağlı olduğunu vurğulayıb: “Ulu Öndərimiz Heydər Əliyev şəxsiyyətinə dünyəvi hörmət, ehtiram və ümumxalq sevgisi əbədidir. Çünki o böyük insan bütün həyatı boyu Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə mübarizə aparmış, bu yolda taleyin sərt sınaqlarından alnı açıq, üzü ağ çıxmışdır. Müstəqilliyimizin ilk illərində Azərbaycanda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər ölkənin başı üstünü almış bütün təhlükələrdən qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. 1993-cü ildə Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın Ümummilli Lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı yalnız o böyük insan aradan qaldıra bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın tələbi Bakıya – ölkə rəhbərliyinə Heydər Əliyevin gəlməsi idi. Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi ümumxalq qərarı idi. 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi. Heydər Əliyevin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən yol Azərbaycan xalqının və dövlətçiliyinin nicat və qurtuluş yoluna çevrildi. Dövlətçiliyimizə qənim kəsilən dairələrin xaos yaradıb Azərbaycanı parçalamaq planları puça çıxdı. Xalqın böyük inam bəslədiyi Heydər Əliyevin ətrafında birləşməsi Azərbaycan dövlətçiliyinin və xalqının qanına susamış bütün planların üstündən birdəfəlik xətt çəkdi. Xalqın tələbi ilə Bakıya qayıdan Ümummilli Lider ölkəmizin başı üstünü almış təhlükənin qarşısını qısa vaxtda aldı.”

Daha sonra Musa Şəkiliyev Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişinin, tərəqqisinin təmin edildiyini, millətimizin dünya millətləri içərisində səsinin eşidilməyə başlandığını qeyd edib: “Hər birimiz yaxşı başa düşürük ki, Heydər Əliyev olduqca uzaqgörən iti zəkaya, sağlam düşüncə tərzinə malik bir insan idi. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, kənddə aqrar islahatların həyata keçirilməsi, xüsusilə sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylanması və digər bu kimi tədbirlər aqrar bölmənin strukturuna ciddi təsir göstərmiş, kənd təsərrüfatında ciddi dəyişikliklər baş vermiş, yeni sahələr yaranmışdır. Ən başlıcası isə Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. İstər birinci dəfə sovet dönəmində, istərsə də müstəqillik dövründə ulu öndər Heydər Əliyevin ölkənin rəhbərliyinə gəlməsi ilə respublikanın ictimai, siyasi, təsərrüfat, mədəni və təhsil həyatında da bir canlanma başlanmışdı. Ulu Öndər Heydər Əliyev sanki dünyaya gələndə elə xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi minbir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli Liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. Dünya siyasətində nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi yetərincə tanıdaraq ona qarşı iqtisadi və siyasi maraqları artmışdır. Məhz Ulu Öndərimizin səyi, zəhməti sayəsində respublikamız sosial-iqtisadi inkişaf yoluna çıxdı. Heydər Əliyev dühasını, ucalığını, böyüklüyünü həmişə xatırlayacağıq. O, xalqımızın şəriksiz lideri olmaqla yanaşı, həm də ulu Tanrının bizə bəxş etdiyi nəhəng siyasi xadim, zamanın fövqündə dayanan dahi insan, bəşəri dəyərlərin daşıyıcısı idi. Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcək. Çünki müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Heydər Əliyevin ideyaları bu gün də yaşayır, reallaşır. Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha qüdrətli dövlətə çevirməyə qadir olduğunu həyata keçirdiyi işlərlə sübut edib. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib və dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Eyni zamanda da Cənubi Qafqazda yaranmış yeni iqtisadi və geosiyasi reallıqların müəllifi kimi, Azərbaycanın beynəlxalq nüfuzu da durmadan artır. Əlbəttə ki, bütün bunlar hər birimizi fərəhləndirir və ölkəmiz, xalqımız naminə daha yaxşı çalışmağa ruhlandırır”, - deyə müsahibimiz fikirlərini tamamlayıb.

ASXEBER.COM

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER