• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Azərbaycan qazına böyük tələbat olduğu üçün yeni stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

  • 17.02.2023, 14:05,
  • Siyasət
  • Baxılıb: 29

 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. Özünün enerjiyə olan tələbatını yüksək səviyyədə ödəyən Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir, Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu günbəgün artırır.  Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi də özündə bütün məqamları ehtiva edir. Bu mühüm hadisə bir daha göstərir ki, elektroenergetika sahəsinin inkişafı prioritetdir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlanan zaman da ilk olaraq bu sahə diqqətdə oldu.


Ümumilikdə elektroenergetika sahəsi son illərdə sürətlə inkişaf edir. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki,  son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Müqayisə üçün qeyd edək ki,  ölkəmizin ümumi generasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb. Dövlət başçısı İlham Əliyev bu statistik rəqəmlərə söykənərək bildirir ki, əgər biz bunu etməsəydik, bu məsələni prioritet seçməsəydik, bu gün Azərbaycanın  iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Həmçinin Azərbaycan  öz enerji təhlükəsizliyini təmin edə bilməzdi.


Yeni stansiya ölkəmizin enerji potensialını daha da  gücləndirəcək, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Cənab İlhşam Əliyev təməlqoyma mərasimində bu reallığı da diqqətə çatdırdı ki, Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən ulu öndər Heydər Əliyev olub. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub və 1981-ci ildə Ümummilli Liderin iştirakı ilə  stansiyanın birinci blokunun açılışı olub.


Son 19 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Atılan hər bir addım həm ölkmizin daxili imkanlarının genişləndirilməsinə, həm də Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Ümummilli lider Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasından əvvəl dünya təcrübəsinə istinadən söylədiyi “Səylər birləşdirilmədən, təcrübə müdadiləsi  aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz”  çağırışı bütün dövrlərdə öz aktuallığını qoruyur. Ölkəmizin siyasətində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi prioritetdir. Bu əməkdaşlıq bütün sahələrdə  özünün uğurlu nəticələrini verir.


Reallıq budur ki, Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün yeni stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

Əhməd Əhmədzadə,
Baş nazirin köməkçisi. 
ASXEBER.COM
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER