• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

Ermənilərin sevincinə əsas varmı? - BMT Ali Məhkəməsindən müəmmalı Laçın yolu qərarı

  • 24.02.2023, 14:09,
  • Siyasət
  • Baxılıb: 1

 

Paşinyana görə, Haaqa Məhkəməsi Azərbaycanın üzərinə öhdəlik qoyub; rəsmi Bakıdan ona sərt cavab gəldi; hüquqşünas isə deyir ki, söhbət tövsiyə xarakterli qərardan gedir...

Fevralın 22-də BMT-nin Ali Məhkəməsi - Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa Məhkəməsi) Laçın yolu ilə bağlı qərarını elan edib. “Yeni Müsavat” bildirir ki, qərarda Ermənistanın ölkəmizə qarşı bir sıra tələblərinin rədd edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin qərarla bağlı şərhində deyilir: “Biz Məhkəmənin 7 dekabr 2021-ci il tarixli əvvəlcədən verdiyi qərara əsasən, Ermənistanın hələ də tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək öhdəliyi altında olduğunu etiraf etməsini alqışlayırıq. Məhkəmənin Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərə uyğun olmadığı barədə əvvəlki qənaətinə yenidən baxmamaq qərarı mahiyyəti üzrə qərar deyil və Azərbaycan bu məsələdə Ermənistanın cavabdehliyini davam etdirəcək. Azərbaycan həmçinin Ermənistanın Azərbaycandan etirazların ”təşkil edilməsini və dəstəklənməsini" dayandırmasını və Qarabağa “təbii qazın və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməyi” tələb edən Ermənistanın tələb etdiyi tədbirləri Məhkəmənin rədd etməsini alqışlayır.

Məhkəmə qərarında Azərbaycanın Laçın yolunda təhlükəsiz hərəkəti təmin etmək üçün öz səlahiyyətləri və əmrləri ilə bütün tədbirləri gördüyü və bundan sonra da görməyi öhdəsinə götürdüyü barədə Azərbaycanın bəyanatını və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin şərtlərini nəzərə alıb. Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün insanların hüquqlarını qorumağa davam edəcək və Ermənistanı davam edən insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb edəcək".

Erməni tərəfi isə iddia edir ki, Haaqa Məhkəməsi bununla Azərbaycanın üzərinə yerinə yetirməli olan öhdəlik qoyub. Ki, Laçın yolunda tam və sərbəst hərəkətin bərpasını təmin eləsin. Belədirmi? Azərbaycan üçün qərar hansı hüquqi qüvvəyə malikdir, onun icra mexanizmi varmı və necədir? Laçın yolundakı aksiyaya bunun hansı təsiri ola bilər?

Haqqa Məhkəməsi öz qərarında 10 noyabr üçtərəfli sənədində istinad edib. Ancaq həmin sənədin 4-cü və 9-cu bəndi Ermənistan tərəfindən bu günədək yerinə yetirilməyib. O zaman məntiqlə Məhkəmə Ermənistan üzərinə də həmin bəndlərlə, konkret olaraq Zəngəzur dəhlizi ilə bağlı öhdəlik qoyacaqmı əgər Azərbaycan analoji iddia qaldıracaqsa. Və niyə də qaldırmasın?

Ümumiyyətlə, narahatlıq var ki, Beynəlxalq Ədalət Məhkəməsi bizim 30 illik erməni işğalına görə Ermənistana qarşı təzminat davamıza da bu cür barmaqarası baxacaq. Narahatlıq nə dərəcədə əsaslıdır? Haaqa Məhkəməsinin məlum qərarını sahə ekspertləri necə qiymətləndirir?

Yeri gəlmişkən, fevralın 24-də Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı Paşinyanın şərhinə cavab verib: “Ermənistanın Baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı 23 fevral 2023-cü il tarixli şərhləri məhkəmənin qərarı ilə tərs-mütənasibdir və Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir. Paşinyanın guya Məhkəmənin Laçın yolunun bağlandığına dair iddianı qeydə aldığı barədə şərhi heç bir şəkildə Məhkəmənin müvəqqəti tədbirlər barədə qərarının əsaslandırıldığı mətnlə üst-üstə düşmür və qərarda yolun bağlandığı qeyd olunmur. Laçın yolunda Azərbaycanın vəzifələrinin nədən ibarət olduğu barədə məsələni şərh edən Ermənistan Baş naziri görünür ki, hələ də 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatında Azərbaycan Respublikasının Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamayıb. Azərbaycanın Laçın yolunda hərəkətin təhlükəsizliyinə zəmanət verməsi yoldan sui-istifadə hallarına imkan yaradılması kimi anlaşılmamalıdır və Azərbaycan tərəfinin buna imkan yaratmayacağı dəfələrlə bəyan olunub. Ümumiyyətlə, Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı qeyd edək ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan ”fasiləsiz hərəkəti təmin etmək..." əvəzinə “öz ixtiyarında olan bütün tədbirləri görməlidir”.

Məhkəmə eyni zamanda, Ermənistanın yol boyu hərəkətin “sərbəst” olması və “bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla, Məhkəmə Azərbaycanın mövqeyinə əlavə olaraq dəstək verərək, Laçın yolu ilə hərəkətin Ermənistanın iddia etdiyi kimi “azad”, yəni heç bir nəzarət olmadan həyata keçirilməsi barədə Ermənistanın tələbini rədd edib".

İlham Əliyevin Ərdoğana salamlarını Putin niyə söylədi? - rəylər

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov “Yeni Müsavat”a qeyd etdi ki, Haaqa məhkəməsi qərarda Azərbaycan qarşısında Laçın dəhlizini əvvəlki qaydada bərpa etməklə bağlı öhdəlik qoymayıb.

Onun sözlərinə görə, Ermənistan yenə qərarları təhrif etməkdədir. Siyasi ekspertin fikrincə, İrəvan rəsmiləri bundan əvvəl də üçtərəfli sənədi və digər razılaşmaları təhrif ediblər, Paşinyan özü kapitulyasiyanı gizli şəkildə imzalayıb, amma Münhendəki panel diskussiyada inkar edir ki, qol çəkdiyi kapitulyasiya deyil, guya bu fikirlə onu təhqir edirik.

O ki qaldı Laçın yoluna, X.Bəşirov qeyd etdi ki, o humanitar məqsədlər üçün istifadə edilə bilər, sənəddə bu da qeyd olunub: “Sənəddə daha deyilmir ki, həmin yoldan mina, hərbi texnika daşına bilər. Laçın koridorundan qanunsuz məqsədlər üçün istifadənin qarşısı alınıb. Ermənistan üçün mina daşınmasını əngəlləmək yolu bağlamaqdırsa, qoy elə başa düşsünlər. BMT Ali Məhkəməsinin qərarını isə hər kəs oxuya bilər, ingiliscə mətn var, orada heç bir məcburetmə yoxdur, tövsiyə xarakterli qərardır”.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER