• 10:50 – Ziyəddin Quliyev: COP29 və iqlim diplomatiyasının gələcəyi - Azərbaycanın perspektivi 
  • 10:29 – Elvin Bayramzadə: Azərbaycan Respublikasının Konstitusiyası: Dövlətin hüquqi və demokratik bünövrəsi 
  • 10:28 – Rasim Kazımov: “Cənab Prezidentin siyasəti xalqın rifahına, insan hüquq və azadlıqlarının inkişafına, siyasi, iqtisadi və sosial sferaların dəqiq tənzimlənməsinə xidmət edir” 
  • 15:47 – Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas 

ABŞ-ın “seçdiyi” prezident – Qvatemala diktatoru Arması kim güllələyib?

  • 25.02.2023, 14:24,
  • Dünya
  • Baxılıb: 0

 

1950-ci illərin əvvəllərində Qvatemalada prezident Xakobo Qusman tərəfindən köklü islahatlar başlananda, xüsusilə də torpaq islahatları həyata keçiriləndə, bu genişmiqyaslı tədbir Amerika Birləşmiş Ştatlarını qane etməyib. Amerikalılar Qvatemalada böyük torpaq sahələrinə sahib olublar və həmin sahələrin onlardan alınması, yaxud da böyük vergiyə cəlb edilməsi kifayət qədər ciddi narazılıqlara səbəb olub. Digər tərəfdən, Xakobo Qusmanın ABŞ prezidenti Duayt Eyzenhauerlə hesablaşmaq arzusunda olmaması Amerika rəsmilərini ciddi addımlar atmağa məcbur edib.
Artıq 1953-cü ildə Ağ Evdə Qvatemala prezidentliyinə namizədlərin məsələsi müzakirəsi edilib. Namizədlər arasında vaxtilə Amerikada hərbi təhsil almış, qatı antikommunist kimi tanınan Qvatemala ordusunun polkovniki Karlos Kastilo Armas ən münasib şəxslərdən biri sayılıb. Armasın ən böyük “üstünlük”lərindən biri Amerikada təhsil aldığı illərdə Mərlkəzi Kəşfiyyat İdarəsi ilə sıx əməkdaşlıq etməsi olub. Qeyd edək ki, Armas hələ 1949-cu ildə ölkədə hərbi çevriliş cəhdinə görə Qvatemaladan qovulub.
Carlos_Castillo_Armas_(LOC_98512008,_low-res).jpg (76 KB)
Beləliklə, Armasın hakimiyyətə gətirilməsi üçün Amerikda xüsusi plan hazırlanıb. ABŞ rəsmiləri yaxşı anlayıblar ki, seçki və ya danışıqlarla, yaxud da digər bir sakit yolla Arması prezident kürsüsünə əyləşdirə bilməyəcəklər. Yeganə yol üsyan və hərbi çevriliş həyata keçirmək olub.
Qvatemalada hakimiyyət dəyişikliyinə Amerika 7 milyon dollar xərcləyib. Əvvəlcə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ölkədə məxfi əməliyyatlar keçiriblər, çevriliş zamanı qarşıya çıxa biləcək maneələri müəyyənləşdiriblər, onların zərərsizləşdirilməsi üçün açılmayan cinayətlər törədilib, mövcud hakimiyyətdəki əsas fiqurların bir neçəsi qətlə yetirlib, o cümlədən silahlı qüvvələrin bir neçə yüksəkçinli zabiti pul qarşılığında Amerika kəşfiyyatına cəlb edilib.
Daha sonra Armasla iş aparılıb. Ona 150 nəfərlik muzdlu dəstə yaratmaq üçün vəsait ayrılıb. Armas bu dəstəyə keçmiş həmkarlarını da cəlb edilib. Amerika dəstənin fiziki hazırlığı üçün Nikaraquada xüsusi düşərgə də yaradıb. Sonralar bu dəstə “Armasın azadlıq ordusu” adlandırılıb.
HaCaWhtpSeBn7.jpeg (54 KB)
Üsyan əməliyyatı bir neçə gün davam edərək 2 iyul 1954-cü ildə Armasın qələbəsi ilə sona çatıb. Küçə döyüşlərində yerli sakinlərdən könüllü olaraq Armasın dəstəsinə qoşulanların sayı da az olmayıb. 8 iyul 1954-cü ildə Armas ABŞ-ın böyük dəstəyi ilə Qvatemala prezidenti “seçilib”.
Armasın hakimiyyətə gəlməsi ilə ölkədə hər şey dəyişib. Xalq tərəfindən dəstəklənmədiyini bilən Armas hər an çevrilis təhlükəsi hiss edib. Bu təhlükə onu daha da qəddarlaşdırıb. Məhz Armasın prezdentliyinin ilk üç ayında ölkədəki həbsxanalarda məhbusların sayı əvvəlki ilə nisbətən 17 dəfə artıb.
Armas prezident kimi ilkin olaraq ABŞ-ın maraqlarını təmin edib. Amerikalı fermerlərə məxsus olan torpaqlar vergidən tam azad edilib. Yerli əhaliyə isə vergi tətbiqi daha da gücləndirilib.
Təkcə prezidentliyinin ilk ayında Armas siyasi baxışlarına görə 4500 nəfəri həbs etdirib. Repressiya dalğaları ən ucqar rayonları belə əhatə edib.
Ölkənin əsas gəlir mənbələri, iri zavod və fabriklərdən gələn gəlirlər Armasın şəxsi büdcəsinə axıb. İqtisadiyyatı günü-gündən tənəzzülə uğrayan Qvatemalada əhalinin sosial rifahı əvvəlki illərlə müqayisədə bir neçə dəfə aşağı düşüb.
kopiya_1_-113-9b8216b9aad20bd6f5ac1b99325ae428.jpg (160 KB)
Armasın ən böyük mübarizə hədəfi kommunizm olub. Kommunistlərə nifrət o dərəcəyə çatıb ki, Armas Qvatemalada Kommunizmdən Müdafiə Komitəsi yaradıb. Komitəyə olduqca böyük səlahiyyətlər verilib və böyük vəsait ayırılıb. Komitənin iclasları qapalı keçirilib, qərarları ictimaiyyətə təqdim olunmayıb. Üç il ərzində komitə tərfindən kommunist ideyalarının daşıyıcısı və təbliğatçısı kimi 72 min nəfər aşkar edilib və onlar müxtəli cəzalara məhkum ediliblər. Ölkədə kommunistlərə dövlət qurumlarında, bələdiyyələrdə, ictimai təşkilatlarda işləmək qadağan olunub.
Armasın yaratdığı diktatura rejimi o həddə çatıb ki, prezident ABŞ-ın diktəsindən xeyli kənara çıxıb. Amerika rəsmiləri ona bununla bağlı bir neçə dəfə xəbərdarlıq etsə də, Armas öz hamilərinin xəbərdarlıqlarına çox da məhəl qoymayıb.
Mövcud dövrün siyasətçiləri Armasla Amerikanın yaxın zamanlarda yollarının ayrılacağını dəfələrlə qeyd ediblər. Vəzifə hərisi olan Armas isə yaratdığı sərt rejimə arxayın olaraq əbədi prezidentliyinə inanıb. Hətta mötəbər müşavirələrin birində “mənim Ağ Evə ehtiyacım yoxdur” deyə mütləq hakimliyini dilə gətirməkdən çəkinməyib.
b62f64212f540881ad6212ccd6fda8a2.jpg (91 KB)
Armasın Amerika ilə yollarının ayrılması proqnozu reallaşmayıb. Daha dəqiq ifadə etsək, Armasın siyasi fəaliyyətinə və həm də həyatına öz ölkəsində son qoyulub. 26 iyul 1957-ci ildə Armas həyat yoldaşı ilə tədbirdən iqamətgahına qayıdanda şəxsi mühafizəçilərindən biri olan Romeo Sançes onlara yaxınlaşıb. Prezident mühafizəçinin ona hansısa bir məlumat verəcəyini düşünüb. Sançes cütlüyün iki addımlığına çatanda silahını çıxararaq Armasa iki dəfə atəş açıb. Prezidentə yardım göstərməyə ehtiyac qalmayıb, o, ikinci atəşdən sonra ölüb.
Qətli törətdikdən sonra Sançes iqamətgahın həyətdə yerləşən mətbəxinə gedərək özünü güllələyib.
42 yaşı Armasın qətli çox da böyük səs-küyə səbəb olmayıb. Heç ABŞ-da prezidentin ölümünü qeyri-adi hadisə kimi qəbul etməyib. Armas Ağ Ev üçün maraqlı görünməyib. Bəzi versiyalara görə, Arması ondan əvvəlki prezident Xakobo Qusmanın adamları qətlə yetirib.

İlham Cəmiloğlu, Musavat.com

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER